PDF Oxu

İqtisadiyyat

  • 1 969

Azərbaycan dayanıqlı iqtisadi inkişafı hədəfləyən ölkələrdəndir - İQTİSADÇI EKSPERT AÇIQLADI

Azərbaycan dayanıqlı iqtisadi inkişafı hədəfləyən ölkələrdəndir - İQTİSADÇI EKSPERT AÇIQLADI

“Dünya İqtisadi Forumu Azərbaycanın əməkdaşlıq etdiyi beynəlxalq qurumlardandır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.


Onun sözlərinə görə, Dünya İqtisadi Forumunun regionda ən çox əməkdaşlıq etdiyi ölkələrdən biri də Azərbaycandır: “Xüsusilə nəzərə alsaq ki, Dünya İqtisadi Forumunun ilk illik konfransı Bakıda təşkil olunub. Bu da təbii ki, forumun Azərbaycana verdiyi regional önəmini xarakterizə edir. Görüşdə təbii ki, qarşılıqlı münasibətlər, dördüncü sənaye inqilabı kontekstində əməkdaşlıq məsələlər müzakirə olundu.

Azərbaycan innovasiya və dördüncü sənaye inqilabı kontekstindən inkluziv və dayanıqlı iqtisadi inkişafı hədəfləyən ölkələrdəndir. Ona görə də Dünya İqtisadi Forumu dördüncü sənaye inqilabı kontekstində Azərbaycan ilə inkluziv iqtisadi inkişaf istiqamətlərində əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Bütövlükdə tərəflər arasında əməkdaşlıq hər iki tərəf üçün faydalıdır. Bu əməkdaşlıq, görüşdə müzakirə edilən məsələlər həm Azərbaycan iqtisadiyyatında innovasiyadan daha çox istifadə etməsinə, həm də ölkəmizdə dayanıqlı və inkluziv iqtisadi artımın möhkəmlənməsinə dəstək olacaq”.

Arzu Qurbanzadə

Digər xəbərlər