“Mənzil bazarından nağd ödənişlərlə mənzil sahibi ola bilərlər. Digər yol isə yeni tikilən binalarda hissə-hissə və qısamüddətli, 2-3 illik ödəmə şərtləri ilə mənzil almaq imkanıdır”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.
Onun sözlərinə görə, hökumətin və kommersiya banklarının irəli sürdüyü ipoteka kreditlərindən istifadə edərək mənzil sahibi ola bilərlər: “Burada əsas iştirakçı hökumətdir. Hökumətin təqdim etdiyi ipoteka krediti kommersiya banklarının təqdim etdiyi ipoteka kreditlərindən həm müddətinə görə, həm də faizinə görə daha əlverişlidir. Hökumətin təqdim etdiyi ipoteka krediti iki cürdür. Birincisi güzəştli ipoteka kreditidir ki, bu 4 faizli kreditdir. Müəyyən kateqoriyalara aid insanlar bu ipotekadan istifadə edə bilərlər. Hökumət qarşısında, dövlət qarşısında nailiyyətləri olan və sosial cəhətdən zəif olan təbəqələr müraciət edə bilərlər.
Media haqqında yeni qanun qəbul edildikdən sonra jurnalistlər də bu güzəştlərdən istifadə edərək mənzil sahibi ola bilərlər. İkincisi isə adi ipoteka kreditidir. Adi ipoteka krediti 8 faizə qədər və 150 min manat məbləğində olur. Bunların hər birinin detallı şərtləri var. Güzəştli ipoteka kreditlərindən istifadə edərkən ilkin ödəniş kimi ümumi məbləğin 10 faizi ödənilir. Adi ipoteka kreditlərində isə bu 15 faiz təşkil edir. İstənilən bir ərazidə olan kupçası olan mənzilləri əldə edmək mümkündür. Mənzilin çıxarışı mütləq şəkildə olmalıdır ki, ipotekadan istifadə etmək mümkün olsun.
Digər üsul satma öhtəliyi ilə kirayə mexanizmidir ki, bunun bir sıra üstünlüyü var. Burada ilkin ödəniş kimi 12 aylıq kirayə haqqı öncədən alınır. Kirayə ödənişləri də bazardakı mənzil qiymətlərindən bir qədər çoxdur. Burada ödənilən kirayə haqqları adi kirayə haqqlarından 30-40 faiz yüksəkdir. Kirayə müddəti bitdikdən sonra həmin mənzil şəxslərin adına keçirilir. Növbəti bir üsul isə Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) irəli sürdüyü güzəştli evlərdir. MİDA mənzil bazarından 20-25 faiz daha ucuz mənzillər təqdim edir. Müəyyən ərazilərdə olan təmirli mənzillərdən yararlanmaq imkanı verir. Bunun üçün mənzil almaq istəyən şəxsin elektron kabineti olmalıdır. MİDA hərrac keçirərkən həmin şəxslər elektron kabinetlə mənzil növbəsinə durmaq imkanı qazanır. Elektron kabinetdən keçərək bu üsulla mənzil sahibi ola bilərlər.
Qeyd edim ki, hələ də mənzil bazarında faizlər hələ də yüksəkdir. İpoteka kreditlərini dövlət derdiyi üçün həcmi məhduddur. Kommersiya bankları krediti yüksək faizlə təqdim edir deyə tələb az olur. Rəqabət olmadığı üçün uzunmuddətli kreditlərin faizləri yüksəkdir. Həmçinin mənzil almaq istəyən şəxsin aylıq rəsmi gəliri olmalıdır. Mənzil almaq istəyən şəxsin borc ödəmə qabiliyyəti yoxlanıldıqdan sonra həmin şəxslər müraciət edə bilər".
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...