PDF Oxu

İqtisadiyyat

  • 4 053

Azərbaycan neftinin qiyməti bahalaşaraq 112 dollara çatır

Azərbaycan neftinin qiyməti bahalaşaraq 112 dollara çatır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 28-də 111,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 9,6 dollar/barel çoxdur.Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 109,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 9,37 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 87,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,05 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 112,92 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 9,72 dollar/barel çoxdur.

sia.az

Digər xəbərlər