Bir müddət bundan əvvəl Kiyevin fövqəladə maliyyə tələbinə baxan Beynəlxalq Valyuta Fondu Ukraynaya 3 milyard dollarlıq dəstək paketi hazırlayacağını bildirmişdi. Qeyd edək ki, bu barədə BVF-nin icraçı direktoru Kristalina Georgiyeva və DB-nin prezidenti David Malpasın birgə yazılı bəyanatında dadeyilirdi
Budur, Dünya Bankının Direktorlar şurası Ukraynaya 723 milyon dollar həcmində maliyyə yardımı ayrılmasına dair qərarı təsdiqləyib.
SİA-nın əldə etdiyi məlumata görə, qurum artıq bu barədə məlumat yayıb.
Yardım özündə kreditləri, qrantları, İsveçrə və Niderland tərəfindən verilən kredit zəmanətlərini əhatə edir. Bankdan bildirilib ki, bu vəsait Ukrayna əhalisinə həyatı vacib xidmətlərin göstərilməsi, həmçinin həkimlərin məvaciblərinin ödənilməsi üçün ayrılıb.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...