Martın 30-u saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan "NBCBank" ASC-nin balansındakı daşınar əmlaklar açıq hərraca çıxarılacaq. SİA xəbər verir ki, Fonddan bildirilib ki, daşınar əmlak bir ədəd "NCR 6687 recycle" markalı bankomatdır. Daşınar əmlakın ilkin satış qiyməti 20 min manatdır.
Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, məhəllə 593, Ə.Salamzadə küçəsi 2C (3-cü mərtəbə). Tel: 050/055-206-66-67.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...