PDF Oxu

İqtisadiyyat

  • 3 728

Özəlləşdirilmə hərraclarından dövlət büdcəsinə 6,62 milyon manat daxil olub

Özəlləşdirilmə hərraclarından dövlət büdcəsinə 6,62 milyon manat daxil olub

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ötən ay ərzində 3 hərrac keçirilib. SİA xəbər verir ki, hərraclarda 1 səhmdar cəmiyyətinin səhm paketi, 3 kiçik dövlət müəssisəsi, 46 nəqliyyat vasitəsi özəlləşdirilib.

Xidmətdən bildirilib ki, ötən ay ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 24 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 10 onlayn qoşulma reallaşıb.

Fevral ayı ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 6,62 milyon manat təşkil edib.

Digər xəbərlər