PDF Oxu

İqtisadiyyat

  • 3 228

Neftin qiyməti aşağı düşmək üzrədir?

Neftin qiyməti aşağı düşmək üzrədir?

Neftin qiyməti artmaqda davam edir. Qeyd edək ki, neftin qiymətindəki bu artım qlobal maliyyə böhranından bəri görünməmiş rekord həddə çatmaqdadır.

Maraqlıdır ki, ekspertlər qiymətlərin artacağını və 2008-ci ilin iyul ayının zirvələrini asanlıqla keçə biləcəyini proqnozlaşdırırlar.

Məsələn, “The Epoch Times” yazır ki, Qərb Rusiya neftindən və Oklahoma ştatının Kuşinq şəhərindəki neft ehtiyatlarından uzaqlaşdıqca rekord minimuma yaxınlaşır, neft qiymətlərinin artması danılmaz fakt kimi görünür.

Təbii ki, tələbat yüksək olduğundan və ehtiyatlar azaldığından neftin bahalaşmağa davam edəcəyi ehtimalı ilə mübahisə etmək çətindir.

SİA iqtisadiyyat bərpa olunduqca neftə tələbatın artacağını və qiymətlərin isə daha da yüksələcəyini istisna etmir.. Ancaq tarixi nöqteyi-nəzərdən neftin qiyməti çox yüksək olanda qiymətdən düşməyi də ani olur.

Məsələn 2008-ci ilin iyulunda investorlar, möhtəkirlər və ekspertlər əmin idilər ki, neft qiymətlərində artım davam edəcək. Buna baxmayaraq, 2009-cu ilin əvvəlinə neft pik qiymətlərdən-147 ən dollardan təqrib 77 faizdən çox ucuzlaşdı.

Bazarda 1980-ci illərdən bu yana belə kəskin qiymət dəyişməsi müşahidə olunmamışdı deyə bu gözlənilməz eniş çoxlarını şoka salıb.

…İndi görən bu gün qiyməti artmaqda olan nefti həmən aqibət gözləmir ki?

Əli Babayev

Digər xəbərlər