PDF Oxu

İqtisadiyyat

  • 3 579

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 4-də 112,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,84 dollar/barel çoxdur.Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 110,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,6 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,32 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 108,73 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,3 dollar/barel çoxdur.

sia.az

Digər xəbərlər