"Bakı-Quba yolu 1, 2 ilin problemi deyil. Bu problem uzun illərdir davam edir və həllini tapmır. Bakı-Quba yolu sovet dövründən qalma yol idi, çökürdü, dağılırdı". Bu fikirləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət bildirib.
Onun sözlərinə görə, bu yolla bağlı böyük bir layihə işlənildi: "O layihə çərçivəsində yolun bir qismi Bakıdan Qubaya doğru çəkildi və deyərdim ki, keyfiyyətli idi. Dəqiq bilmirəm, amma deyilənə görə, o yolu almanlar çəkib. Rahat gedilən bir hissədir. Ara-sıra cari təmirə ehtiyac duyulur. Lakin geri qayıdarkən o yolun çəkilişi xaricilərdən alınıb, bizimkilərə verilib. Təbii ki, müəyyən yeyintilərə yol verilib. Milyonlarla, bəlkə də yüz milyonlarla dövlət vəsaiti talanıb. Ona görə də bu yol əmələ gəlmir. İndiki şəraitdə isə yolun bərpa edilməsi üçün planlar var, sadəcə alternativ yollar çəkilir. Aternativ yol başa çatmadığına görə, bu yoldan istifadə edilir. Alternativ yol başa çatdıqdan sonra əsas yolda kapital təmirlər olunacaq. Çünki yolun bir çox hissələri sökülüb sıfırdan tikilməlidir. Alternativ yolun da çəkilməsi uzun illər aparır. Buna görə insanlar problem yaşayırlar. Düşünürəm ki, başqa bir təklif irəli sürülməlidir. Betonun üstündən asfalt yamaq vururlar. Bir dəfə yağış yağan kimi yamaq darmadağın olur. Niyə? Çünki düzgün işləmirlər. Bu yanaşmanın özü doğru deyil. Cari təmiri eləyəndə belə vicdanla, keyfiyyətlə etmək lazımdır. Yoxsa o yoldakı çuxurlar maşını dağıtmaqla yanaşı, insanların əsəblərini də dağıdırlar. O yoldan keçənlər yolu çəkən şəxslərin "əcdadını yad edirlər". Niyə söydürürsünüz özünüzü? Niyə dövlət vəsaitini oğurlayırsınız? Niyə bu qədər vicdansızlıq edirsiniz? Dövlətin pulunu “basıb yeyiblər”. Ona görə yol bu vəziyyətdədir. Çıxış yolu ya Bakı-Rusiya alternativ yolunun çəkilişini sürətləndirməkdir, ya da bu yolun təmiri hissə-hissə həyata keçirilməlidir. Nə vaxta qədər yamaq vurmaq olar. Yağış yağır yolu məhv edir, yağışdan sonra yenidən yamaq vurulur”.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanda yolların keyfiyyətsiz tikilməsinin bir sıra əsas səbəbləri vardır.
Onun sözlərinə görə, xüsusən də yükdaşıma əhəmiyyətli magistral yolların, ölkənin şimalı və cənubu, həmçinin səhrədlərarası məntəqələri birləşdirən yolların sürətlə sıradan çıxmasının ümumiləşdirilmiş bəzi səbəbləri mövcuddur: "Bunlardan biri yol tikintisi zamanı baş verən qüsurlardı. Yol tikintisinə kifayət qədər pul ayrılsa da pullar təyinatına görə istifadə olunmur. İşlərin təşkilinə, keyfiyyətlə icrasına, istifadə olunan meterialların keyfiyyətinə düzgün fikir verilmir. Materialların keyfiyyətinə nəzarət zəif təşkil edilir. Bunun nəticəsində keyfiyyətsiz yolların dövlətin balansına qəbul edilməsinə gətirib çıxarır. Digər bir səbəb isə tikintidən sonra baş verən hadisələrlə əlaqədardır. Tikintidən sonra yükdaşıma maşınlarının normativlərə riayət etməməsi yolların sürətlə sıradan çıxmasına səbəb olur. Yəni yükdaşımalara nəzarət edən şəxslər nəyinsə müqabilində normadan artıq yükün daşınmasına icazə verdiyi üçün bu hallar yaşanır. Nəticə etibarilə də xalqın sərvəti olan yolların tez sıradan çıxmasına gətirib çıxarır.
Beton yollar çox bərbad vəziyyətə düşüb. Ölkə beton yol tikməkdə təcrübəli deyil. Buna baxmayaraq beton yollar çəkilmişdir. Ənənəvi asfalt yollarından fərqli olaraq beton yolların tikintisi daha baha-başa gəlir. Beton yollar baha-başa gəlsə də istismar xərcləri aşağıdır və ömrü ənənəvi yollardan daha uzundur. Ancaq müşahidə zamanı bunu deyə bilərik ki, mahiyyəti baha-başa gəlsə də keyfiyyəti asfalt yoldan belə aşağı səviyyədədir. Ənənəvi yolların ömrü daha uzun olub, nəinki beton yolların. Tikintidə baş verən qüsurlar, təcrübənin aşağı olması, nəzarətin pis təşkili bugünkü mövcud vəziyyətin əsas səbəbləridir".
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...