PDF Oxu

İqtisadiyyat

  • 3 617

İtaliya Ukraynadakı səfirliyini yenidən paytaxt Kiyevə köçürür

Xatırladaq ki, İtaliya martın 1-də Kiyevdəki səfirliyini Lvova köçürmüşdü

İtaliya Ukraynadakı səfirliyini yenidən paytaxt Kiyevə köçürür

İtaliya Ukraynadakı səfirliyini yenidən paytaxt Kiyevə köçürəcək. Bu barədə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio deyib. SİA bu barədə rus mətbuatına istinad edir.

“Hökumət olaraq səfirliyimizi yenidən Kiyevdə açmağa qərar verdik. Səfirlik Pasxa bayramından sonra fəaliyyətə başlayacaq. İtaliya səfirliyi Kiyevi sonuncu tərk edənlərdən, indi isə ən tez geri qayıdanlardandır”, - deyə nazir bildirib.

Xatırladaq ki, İtaliya martın 1-də Kiyevdəki səfirliyini Lvova köçürmüşdü.

Digər xəbərlər