CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 12-də 109,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,48 dollar/barel çoxdur.Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 107,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,46 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,45 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 105,33 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 6,83 dollar/barel çoxdur.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...