İlin ilk üç ayında Türkiyədən 42 ölkəyə bal ixrac edilib.
SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Şərqi Qara Dəniz İxracatçılar Birliyinin (DKİB) məlumatına görə, 2022-ci ilin yanvar-mart aylarında Türkiyədən 42 ölkəyə 4 min 421 ton bal satılıb. Bu ixracdan 11 milyon 302 min 715 dollar gəlir əldə edilib.
Türkiyənin bal ixracında ilin birinci rübündə 2021-ci ilin eyni dövrü ilə müqayisədə kəmiyyət etibarilə 162 faiz, dəyər baxımından isə 79 faiz artaraq, 1686 ton qarşılığında 6 milyon 327 min 811 dollar gəlir əldə edilib.
Bal ixracında 3 milyon 154 min 930 dollarla Amerika Birləşmiş Ştatları birinci yeri alıb. Bu ölkəni 1 milyon 792 min 468 dollarla Almaniya, 1 milyon 751 min 938 dollarla İspaniya, 1 milyon 351 min 171 dollarla İsrail və 379 min 205 dollarla Polşa izləyib.
Ötən ilin eyni dövründən fərqli olaraq Türkiyə İsrail, Polşa, Kanada, Slovakiya, Bosniya-Herseqovina, Kosovo, Sloveniya, Livan, Yəmən, İraq, İsveçrə, Mavritaniya, Banqladeş, Kabo-Verde və Tayvana da bal satıb.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...