May ayında Gürcüstanda çörəyin qiymətinə yenidən baxılacaq və çörəyin qiyməti təqribən 20 tetri (təqribən 6 sent) bahalaşacaq. SİA xəbər verir ki, bu barədə “Gürcüstan Çörək İstehsalçıları Birliyi”nin sədri Malxaz Dolidze bu gün keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, martın sonlarında Rusiya ilə sərhəd açıldıqdan sonra qonşu ölkədən alınan unun qiyməti 75 lari (təxminən 25 ABŞ dolları) olub. Daxildə istehsal olunan unun qiyməti isə 80 lari təşkil edir. Bu qiymətə istehlak olunan elektrik enerjisi, qaz, su, daşınma və işçilərin əməkhaqları xərclərini də əlavə etsək, çörəyin qiymətinin artımı mütləq şəkildə baş verəcək.
M.Dolidze deyib: “Kənd təsərrüfatı naziri qiymətlərə baxılacağını bəyan edib. Lakin bizim gözləntilərimiz başqadır. Biz ölkədə çörəyin qiymətinin şəkərin, yağın, piyin qiyməti kimi daha çox artacağını demirik. Lakin onu deməliyəm ki, artım 20 tetri civarında olacaq”.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...