CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 19-da 109,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,54 dollar/barel azdır.Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 107,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,49 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,68 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 105,65 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,92 dollar/barel azdır.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...