"Azərbaycan dövləti işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa yenidənqurma işləri aparır". Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktorunun müavini, siyasi ekspert Sahil Kərimli bildirib.Onun sözlərinə görə, erməni vandallarının yer üzündən sildiyi şəhər və kəndlərimiz, yaşayış məntəqələrimiz tamamilə sıfırdan qurulur: "Proses Prezident İlham Əliyevin şəxsi nəzarəti ilə həyata keçirilir. Dövlət başçısı azad edilmiş ərazilərə tez-tez səfərlər edir, infrastruktur layihələrinin təməlini atır, bərpa prosesini daim nəzarətdə saxlayır. Ötən gün Prezident İlham Əliyevin Füzuli və Şuşa şəhərlərinə səfəri, aparılan bərpa-quruculuq prosesi ilə yerindəcə tanış olması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə, azad edilmiş ərazilərimizdə aparılan quruculuq işləri həm ölkə vətəndaşları, həm də xarici dairələr tərəfindən xüsusi maraq və heyranlıqla izlənilir. Azərbaycan dövləti Qarabağdakı nəhəng layihələri tez müddətdə, özü də heç bir xarici dəstək olmadan, yalnız öz imkanları hesabına həyata keçirir. Əlbəttə ki, bu hər birimizi sevindirir. Çünki, kifayət qədər böyük ərazilərin bu tezliklə və keyfiyyətlə bərpası həqiqətən heyrət doğurur. Şübhəsiz ki, bu uğurun təməlində Azərbaycan dövlətinin iqtisadi imkanları və Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti dayanır. Daha bir özəllik ondan ibarətdir ki, bərpa prosesi konkret olaraq bir və ya bir neçə sahəni əhatə etmir. Quruculuq işləri çoxşaxəlidir – su, elektrik, qaz xəttləri, digər kommunikasiyalar, şəhər, kənd və qəsəbələr, yaşayış binaları, sosial infrastruktur obyektləri, kənd təsərrüfatının inkişafı üçün müasir texnologiyalar, suvarma sistemlərinin yaradılması təqdirəlayiqdir. Əminliklə demək olar ki, Azərbaycan dövləti Qarabağın və Şərqi Zəngəzurun barpası ilə bağlı qarşıya qoyduğu hədəflərə bundan sonra da əzmlə nail olacaq".
Müəllif: Abutel İlhamqızı
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...