CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 21-də 110,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,86 dollar/barel çoxdur.Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 109,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,15 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,27 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 106,23 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,72 dollar/barel çoxdur.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...