PDF Oxu

İqtisadiyyat

  • 3 396

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 25-də 102,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,57 dollar/barel azdır.Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 100,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,5 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,25 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 97,55 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 7,82 dollar/barel azdır.

sia.az

Digər xəbərlər