PDF Oxu

İqtisadiyyat

  • 4 944

Azərbaycanın xarici ticarət dövriyyəsi 2 dəfəyə yaxın artıb

image

2022-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 152 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə məhsul ixrac olunub, 140 ölkədən idxal olunub.Bu barədə SİA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.Qeyd edilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 12 milyard 194,2 milyon ABŞ dolları təşkil edib.Ticarət dövriyyəsinin 9 milyard 267,1 milyon dollarını və ya 76,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 2 milyard 927,1 milyon dollarını (24,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 6 milyard 340,0 milyon dollar məbləğində müsbət saldo yaranıb.2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,7 dəfə, real ifadədə 9,5 faiz, o cümlədən ixrac 16,8 faiz artıb, idxal isə 3,7 faiz azalıb.

sia.az

Digər xəbərlər

ABŞ sanksiyalarının təzyiqi altında Rusiya nefti öz mövqeyini itirir

Hindistan neft emalı zavodları Rusiya neftinin payını azalda bilər…

The Financial Times: Çin niyə rekord sürətlə qızıl alır?

Ölkə səkkiz ayda 1000 tondan çox qızıl idxal edib...

Ukrayna neft məhsullarını Macarıstanda saxlayacaq...

Kiyev və Budapeşt Karpat Səkkizliyi sammiti çərçivəsində müqavilə imzaladılar...

Wildberries və Ozon çoxsaylı məhkəmə iddiaları ilə üzləşib

Anbarlara PUA-ların hücumundan sonra məhkəmə iddiaları “töküldü”...

Rusiya qaçılmaz çöküşə doğru gedir...

Kreml artan yükün öhdəsindən gələ bilmir...