İqtisadiyyat

  • 3 290

Türkiyə və Azərbaycan - iki dost, qardaş ölkə uğurla əməkdaşlıq edirlər ŞƏRH

image

Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən "Biz bir millət, iki dövlətik" müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir. Son illər baş verən hadisələr bir daha təsdiqlədi ki, iki qardaş ölkə arasındakı qırılmaz əlaqələr daha möhkəm və sarsılmazdır. Qətiyyətlə bildirildi ki, bu gün də Ulu öndər Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" müdrik kəlamı bir daha öz təsdiqini tapdı. Hər iki xalqın nümayəndələri müdrik siyasi xadim Heydər Əliyevin bu sözlərinə sadiqlik nümayiş etdirdilər. Bütün dünyaya bir daha məlum oldu ki, bu tarixi ifadə, sadəcə olaraq, sözdən ibarət deyildir. Bu tarixi kəlam iki dost və qardaş ölkənin yolunu daha da işıqlandırıb, bütün sahələr üzrə inkişafı yeni mərhələyə çatdırıb. Qardaş ölkənin Baş naziri respublikamızın sürətli inkişaf yoluna qədəm qoymasını yüksək qiymətləndirmişdir. O, Azərbaycanı ötən illərlə müqayisə edərək demişdir: "Mən bir il əvvəlki Azərbaycanla indiki arasında çox böyük fərq görürəm. Bu qədər sürətlə inkişaf edən, bu qədər sürətlə dəyişən bir Azərbaycan vardır. Bunlar təbii ki, dünya üçün bir nümunədir. Liderlər buraya gəldiyi zaman Azərbaycanı tanıyacaqlar. Bunu dəyişdirən lider vardır. Bunu təbii ki, təqdirlə qeyd edəcəklər. Tarixi şəxsiyyətlər tarixdə qurub-yaratdıqları ilə qalırlar".Göründüyü kimi, qardaş ölkənin rəsmisi Azərbaycandakı inkişafı yüksək qiymətləndirmiş və bu inkişafdan sevincini gizlədə bilməmişdir. Türkiyə - Azərbaycan əlaqələrinin qırılmaz tellərlə bağlanması türk dünyasının daha çox birləşməsində həlledici rol oynayır. Bu gün dünyanın qarışıq və mürəkkəb bir durumunda türk dünyasının sıx birlik, həmrəylik nümayiş etdirməsi çox vacib və zəruridir. Möhtərəm Prezidentimiz İlham Əliyev də iki qardaş ölkənin sarsılmaz birliyinin türk dünyasının həmrəyliyinə müsbət təsir etdiyini yüksək qiymətləndirərək demişdir: "Bu gün Türkiyə və Azərbaycan arasında əlaqələr, bizim birgə nümayiş etdirdiyimiz birlik təkcə xalqlarımız, ölkələrimiz üçün deyil, bölgə üçün, dünya üçün önəmlidir". Türkiyə-Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Bu inkişafın qarşısını heç bir qüvvə ala bilməz. Azərbaycan Prezidenti İlham Əliyev də bu barədə qəti fikirini bildirərək demişdir: " ... Türkiyə - Azərbaycan dostluq, qardaşlıq münasibətləri uğurla inkişaf edir, xalqlarımız biri-biri ilə sıx əməkdaşlıq edir, bütün birgə təşəbbüslərimiz, layihələrimiz uğurla icra edilir". Qardaş ölkə əlaqələrimiz günü gündən güclənir və daha da möhkəmlənir. Zəfər yolunun təməlqoyma mərasimində, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsində hər iki dövlətin başçılarının birgə iştirakı o deməkdir ki, Azərbaycana dost-qardaş yardımını əsirgəməyən Türkiyə hazırda dünya siyasətində aktuallığı ilə seçilir.Qardaş ölkə başçısının dəvəti ilə bu günlərdə qardaş ölkəyə işgüzar səfəri çərçivəsində Rize-Artvin Hava Limanının açılışında birgə iştirak edən Prezident İlham Əliyev çıxışının mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılanması qardaş səmimiyyətinin ifadəsi idi. Hər iki ölkənin dövlət başçılarının birgə iştirakı ilə keçirilən Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra Rize-Artvin Hava Limanının istifadəyə verilməsi iki ölkə arasındakı nəqliyyat – kommunikasiya infrastrukturunun şaxələnmiş istiqamətinin növbəti nümunəsidir.

Əvəz Qocayev
AAYDA İdarə Heyətinin sədr müavini

Digər xəbərlər