İqtisadiyyat

  • 2 098

Bakıdan keçən yüklər Türkiyənin Ənbərli limanına daşına bilər

image

Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACECA) çərçivəsində Bakıdan keçən yüklərin Türkiyənin Ənbərli limanına daşınması planlaşdırılır. SİA xəbər verir ki, bunu Bakıda səfərdə olan TRACECA-nın Baş katibi Qaydar Abdikərimov deyib.

"Ənbərli limanı Türkiyənin Avropa hissəsində yerləşir. Burdan biz yükləri rahat şəkildə Rotterdama, Hamburqa çatdıra bilərik", - deyə o, qeyd edib.

Xatırladaq ki, Avropa İttifaqının TRACECA - “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” proqramı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin ticarət və nəqliyyat nazirlərinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçılarıTRACECA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsini qəbul edib. TRACECA Proqramı Cənubi Qafqaz və Mərkəzi Asiyanın yeni müstəqillik qazanmış dövlətlərinin nəqliyyat infrastrukturunun bərpasına yardım göstərilməsi, Avropa və Asiyanı birləşdirən ən qısa nəqliyyat dəhlizinin yaradılması və bununla regionun Qərbə inteqrasiyası, həmçinin bu dövlətlərin iqtisadiyyatlarının dirçəldilməsinə və inkişafına yönəldilmiş Avropa İttifaqı proqramlarının reallaşdırılmasına xidmət edən etibarlı nəqliyyat sisteminin qurulması məqsədini daşıyır.

Digər xəbərlər