İqtisadiyyat

  • 2 095

Lənkəranda aqrar sahə ilə bağlı müsabiqə keçirilib

image

Lənkəran şəhərində iyunun 2-dən keçirilən Aqrar sahəsi üzrə "İdeathon on agrinnovation" müsabiqəsi bu gün başa çatıb. SİA xəbər verir ki, müsabiqəni “Lənkəran-Astara iqtisadi rayonunda meyvə-tərəvəz sektorunda rəqabət qabiliyyətinin, əməkdaşlığın və müasirləşmənin təşviqi" layihəsi çərçivəsində, Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) icra edib.

Müsabiqənin keçirilməsində əsas məqsəd meyvə-tərəvəzlərin yetişdirilməsində, emalında yenilik və innovasiyalar tətbiq etmək, qabaqcıl ideyalara dəstək vermək, onları təşviq etmək olub. "Ideathon on Agrinnovation" müsabiqəsində Azərbaycanın müxtəlif regionunda bir araya gələn gənclərdən ibarət 18 komanda meyvə-tərəvəzin yetişdirilməsi və emalı ilə bağlı 2 istiqamətdə öz innovativ ideyalarını irəli sürüblər.

Yekun tədbirdə BMTIP-in Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən xanım Çaru Bista, Avropa İttifaqının rəsmiləri və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə iştirak ediblər. Ç.Bista aqrar sahə üzrə starapların keçirilməsinin və gənclərin bu istiqamətdə iştrakının vacibliyini vurğulayıb: "Mən qadınların burada iştirakını görməkdən çox şadam. Əminəm ki, buu platforma sizə Lənkəran-Astara İqtisadi Rayonunda bağçılıq sektorunun problemlərini həll edən həllər yaratmaq üçün komanda işinə töhfə verdiyiniz təhlükəsiz məkan təmin edib”.

Digər xəbərlər