24 iyun tarixində Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Direktorlar Şurasının 24-cü İllik Toplantısı keçiriləcək. SİA xəbər verir ki, Azərbaycanın sədrliyi ilə keçiriləcək toplantı çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə "Dəyişən dünyada Azərbaycanın şaxələndirilmiş və innovativ iqtisadiyyatının dəstəklənməsində QDTİB-in rolu" adlı biznes forum baş tutacaq.
Forumda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dair müzakirələr aparılacaq, biznes və investisiya mühitinə dair təqdimat keçiriləcək, iş adamları arasında görüşlər təşkil olunacaq.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...