İqtisadiyyat

  • 2 263

Azərbaycanın hər bölgəsində müasir yol infrastrukturu qurulur TƏHLİL

image

Dövlət başçısının Sərəncamı ilə Ağstafa–Poylu–Gürcüstanla dövlət sərhədi - Qıraq Kəsəmən avtomobil yolunun tikintisinə 2,1 milyon (iki milyon bir yüz min) manat ayrılıb

Son illər Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar Azərbaycan dövlətinin inkişafına, onun sosial-iqtisadi bazasının yüksəlməsinə, regionların sosial-iqtisadi inkişafına, insanların rifah halının yüksəldilməsi istiqamətində islahatların həyata keçirilməsinə və s. yönəlmişdir. Bu sərəncamlar dövlətin təməlinin möhkəmlənməsinə, Azərbaycanın dünyaya inteqrasiya tempinin artmasına töhfələrini verir. Prezidentin imzaladığı sərəncamlar sırasında ölkədə avtomobil yollarının yenidən qurulması, təmir və bərpası da yer alıb. Avtomobil yollarının yenidən qurulması, layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri işləri sürətlə davam etdirilir.
İyunun 20-də Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı "Ağstafa rayonunun Ağstafa–Poylu–Gürcüstanla dövlət sərhədi (11 km)–Qıraq Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncamı bu istiqamətdə görülən işlərin davamıdır. Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ağstafa–Poylu–Gürcüstanla dövlət sərhədi (11 km)–Qıraq Kəsəmən avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 2,1 milyon (iki milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Bu gün ölkəmizin demək olar ki, hər bir yerində müasir yol infrastrukturu qurulur. Bildiyimiz kimi, bu günlərdə dövlət başçısının Sərəncamı ilə dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisi məqsədilə dövlət büdcəsindən 1,0 (bir) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrıldı. Daha sonra dövlət başçısının "Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncamına əsasən, Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən 1,0 (bir) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrıldı. Bu və ya digər sərəncamların həyata keçirilməsinin nəticəsi olaraq beynəlxalq standartlara cavab verən magistral yollar ölkəmizin simasına yeni bir rəng əlavə edib. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar inkişaf etmiş dünya ölkələrinin yolları ilə müqayisədə heç də geri qalmır. Son illər avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır.
BEYNƏLXALQ STANDARTLARA CAVAB VERƏN YOLLARIN TİKİNTİSİ DAİM DİQQƏTDƏDİR
Məhz bunun nəticəsidir ki, Azərbaycanın bölgələrdə, eləcə də paytaxt Bakıda salınan müasir yollar ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təminində müstəsna rol oynayır. Son illərdə Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 55-101 kilometrlik hissəsini əhatə edən Cəngi-Bədəlli yolunun, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yolunun və s. istifadəyə verilməsi bu sahədə işlərin sürətlə və uğurla həyata keçirilməsinə söykənir.
Ölkədə dövlət büdcəsi hesabına yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi məqsədi ilə irimiqyaslı layihələr icra olunur. Bildiyimiz kimi, Azərbaycanın yol infrastrukturunun dəyişdirilməsinə, yollarımızın formalaşdırılmasına və inkişafına Ümummilli Lider Heydər Əliyev tərəfindən başlanılmışdır. Ümummilli Lider Heydər Əliyevin uğurlu inkişaf strategiyasını layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də bütün sahələrlə yanaşı, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini prioritet məsələ kimi daim diqqətdə saxlayır.
"YOL OLMAYAN YERDƏ NƏ İNVESTİSİYA, NƏ İŞ YERİ, NƏ DƏ BİR İNKİŞAF OLACAQ"
Prezident İlham Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, "Yol infrastrukturu həm insanlara rahatlıq verir, eyni zamanda iqtisadi inkişaf üçün də mühüm amildir. Yol olmayan yerdə nə investisiya, nə iş yeri, nə də bir inkişaf olacaq. Ona görə yol infrastrukturuna çox böyük diqqət verilmişdir. Bununla bərabər, yol tikintisində kifayət qədər çox işçi qüvvəsi iştirak edir və beləliklə biz məşğulluğu təmin etmişik. Müasir yol infrastrukturu yaradılıb, bu proses davam etdirilir. Qarşıya məqsəd qoyulub ki, bütün yollar yüksək səviyyədə olsun, magistral şəhərlərarası, kənd yolları, fərq etməz, bütün yollar".
Regionlarda kənd və qəsəbələri birləşdirən yolların, yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayrılıb. Bu istiqamətdə işlər davm etdirilir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər