Neftin fyuçers qiymətlərinin tələb-təklif balansına əsaslanmadan formalaşması tendensiyası yüksək volatillik və neft bazarında likvidliyin azalması, qeyri-sabitliklə nəticələnir.SİA-nın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov "Twitter" səhifəsində bildirib.Nazir qeyd edib ki, bu, geosiyasi faktorlarla dərinləşən qlobal enerji böhranı dövründə neft bazarının iştirakçıları üçün arzuolunmaz vəziyyətdir:"Səudiyyəli həmkarım, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun bu xüsusda, narahatlığını bölüşür, yüksək volatillikdən əziyyət çəkən neft bazarı üçün nəticələri minimuma endirmək məqsədilə OPEC+ çərçivəsində gələcək təşəbbüslərlə bağlı həmrəyliyimi bildirirəm. Azərbaycan dünya neft bazarının sabitləşdirilməsində səmərəli və təsirli tənzimləmə mexanizminə malik OPEC+ fəaliyyətini hər zaman dəstəkləyir", - P.Şahbazov yazıb.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...