“Azərbaycan Qazaxıstanla enerji sahəsində əməkdaşlığı gücləndirir”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.İqtisadçı-ekspertin sözlərinə görə, Qazaxıstanın öz enerji məhsullarını Bakı-Tbilisi-Ceyhan vasitəsi ilə Avropa bazarına çıxarılması müzakirə olundu və ən qısa zamanda bu reallaşacaq: “Həmçinin digər sektorlarda xüsusilə də birgə lahiyələrin icra olunması və enerji sahəsində əməkdaşlığın gücləndirilməsi də iki ölkə arasında müzakirə olundu. Təbii ki, bu, hər iki ölkənin şirkətləri üçün vacib məqamlardandır. Çünki nəticə etibarilə hər iki ölkənin şirkəti, məhz enerji sahəsində ixtisaslaşmış və regionda aparıcı şirkətlərdən hesab olunur. Azərbaycan üçün bu əməkdaşlıq həm enerji sektorunda və gəlirlərin artırılması baxımından vacibdir. Bütövlükdə isə bu kimi layihələr iki ölkə arasındakı dövriyyənin də genişləndirilməsinə xidmət edəcək. Çünki əməkdaşlıq və ticari dövriyyə baxımından da vacib hesab olunur. Bu əməkdaşlıq iki qardaş ölkə olan Qazaxıstan və Azərbaycanın valyuta gəlirlərinin artmasına şərait yaradacaq”.
Müəllif: Banuçiçək Hüseynli
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...