“Son zamanlar Azərbaycanda nəqliyyat və loqistikanın inkişafı hiss olunur ki, bu da ölkə üzərindən daşınan yüklərin həcmində artımların olması ilə əlaqəlidir”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.İqtisadçı-ekspertin sözlərinə görə, bu ilin ilk yarısında Azərbaycan üzərində daşınan beynəlxalq yüklərin həcmində 30 faiz artım müşahidə olunub: “Praktik olaraq artım davam edir. Xüsusən də son düzənin formalaşması və nəticədə Azərbaycan üzərində daşınan yüklərin həcmində artım açıq şəkildə görünür. Yalnız Avropa və Asiyada deyil, həmçinin region üzərindən yüklərini daşıyan logistik xidmətlər göstərən və digər qitələri təmsil edən şirkətlərin də Azərbaycan üzərindən beynəxalq yük daşımasına marağı artıb.Nəzərə alsaq ki, Azərbaycan üçün beynəlxalq yük daşımaların həcminin artıırlması qeyri-neft sektorunda valyutaların daxil olması baxımından vacibdir. Bunun üçün də Azərbaycan regionun logistik və nəqliyyat məkanına çevrilməkdədi. Təbii ki, bu da Azərbaycanın dövlət gəlirlərinin artmasına səbəb olacaq”.
Müəllif: Banuçiçək Hüseynli
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...