Ağsu rayonunda bu ilin ötən səkkiz ayında 30 milyon 706 min manatlıq sənaye məhsulları istehsalı edilib və xidmətlər göstərilib.
Rayon Statistika İdarəsindən bu barədə SİA-nın bölgə müxbirinə bildirilib ki, səkkiz ayda istehsal olunan sənaye məhsulları və göstərilən xidmətlər 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4 milyon 500 min manat və ya 17,4 faiz çoxdur.Bölgələrin sosial-iqtisadi inkişafina göstərilən dövlət qayğısı, iqtisadiyyatın şaxələndirilməsi aqrar bölgə olan Ağsu rayonunda da sənayenin inkişafına, nəticə etibarı ilə yeni iş yerlərinin açılmasına şərait yaradır. Rayonda yeni fəaliyyətə başlayan “Ağsu Vinaqrad” MMC, böyük istehsal müəssisəsi olan “Az-Qranata” MMC-nin Ağsu şərab emalı zavodu və digər obyektlər, eləcə də fiziki şəxslər tərəfindən fəaliyyət göstərən müəssisələr sənayenin inkişafına güclü təkan verir.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...