PDF Oxu

İqtisadiyyat

  • 3 466

Avropa Azərbaycandan qaz tədarükünü artırmağı xahiş edir

Avropa Azərbaycandan qaz tədarükünü artırmağı xahiş edir

Avropa Azərbaycandan Cənub Qaz Dəhlizi kəməri ilə qitəyə idxal olunan təbii qaz tədarükünü artırmağı xahiş edir. Azərbaycan prezidenti İlham Əliyevin İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində dediyi kimi, Azərbaycanın bütün enerji layihələri, o cümlədən təbii qazın nəqli mövcud müqavilələrə əsaslanır.SİA bu barədə bəzi rus saytlarındakı mənbələrə istinad edir....Bu arada “Caspian News”un məlumatına görə, iyul ayında Bakıda Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşdə Prezident İlham Əliyev Avropaya təbii qaz ixracının ikiqat artırılmasını prioritet kimi qiymətləndirib. Görüşdə məqsəd Azərbaycanda hasilatın qısa müddətdə artırılmasının yeni yollarını araşdırmaq olub.Qeyd edək ki, hazırda Azərbaycanın üç Avropa ölkəsi - İtaliya, Yunanıstan və Bolqarıstanla müqavilələri var, lakin digər Avropa ölkələrindən də tələbat artmaqdadır.Qeyd edək ki, təqribən 4-5 ay əvvəl Avropa ölkələrindən Azərbaycana əlavə qaz tədarükü ilə bağlı çoxsaylı müraciətlər daxil olması ilə bağlı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da “Haber Global”a açıqlamasında danışmışdı.Məhz bu kimi amillər Balkanlar üçün nəzərdə tutulan İon-Adriatik boru kəmərinin və tezliklə istifadəyə veriləcək Yunanıstan-Bolqarıstan bağlantısının tikintisinə daha da əkan verir.Onu da qeyd edək ki, hazırda Azərbaycandan gündəlik qaz ixracının ən böyük payı Avropa bazarının payına düşür - gündə təxminən 27 milyon kubmetr qaz. Azərbaycanın 2023-cü ildən Avropa İttifaqına 12 milyard kubmetr qaz tədarük edəcəyi gözlənilir. Proqnozlara görə, 2027-ci ilə qədər qaz tədarükünün ümumi həcmi ildə 20 milyard kubmetrə çatacaq.Yeri gəlmişkən, bu gün Azərbaycanıın ən böyük qaz-kondensat yataqlarından biri olan “Abşeron”un istifadəyə veriləcəyi və birinci mərhələdə burada ildə 1,5 milyard kubmetr hasil ediləcəyi gözlənilir. İstifadə edilməmiş potensialı olan digər iri yataqlarda qaz ehtiyatları müvafiq olaraq 400 və 200 milyard kubmetr olan “Babək” və “Ümid” yataqlarıdır.

Ağasəf Babayev

Digər xəbərlər