PDF Oxu

İqtisadiyyat

  • 4 245

Tərtərdə sahibkarlarla maarifləndirici söhbət aparılıb

Tərtərdə sahibkarlarla maarifləndirici söhbət aparılıb

Tərtər Rayon İcra Hakimiyyətində rayon ərazisində sahibkarlıq obyektləri tikmək istəyən vətəndaşlarla görüş keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifəsini icra edən İlqar Sadıqov iştirak ediblər. Görüşdə sahibkarlıq obyektləri tikmək istəyən vətəndaşlar dinlənilib. Onlara tikinti aparmağa icazə verilməsi üçün şəhərsalma və tikinti məcəlləsinin 75-ci maddəsi izah olunub, sahibkarlar arasında maarifləndirmə işləri aparılıb.Görüşdə iştirak edənlərin sualları mütəxəssislər tərəfindən cavablandırılıb.

sia.az

Digər xəbərlər