PDF Oxu

İqtisadiyyat

  • 3 558

Enerji strategiyamızın tərkib hissəsi - ŞƏRH

Enerji strategiyamızın tərkib hissəsi - ŞƏRH

Azərbaycan Respublikası dünyanın ən əhəmiyyətli məkanlarından biri hesab edilən Avrasiyanın mərkəzində yerləşir. Ölkəmiz şərqlə qərb, şimalla cənub arasında nəqliyyat yollarını özündə birləşdirir. Bu baxımdan neft və qaz ehtiyatlarının doğru planlaşdırılmasını həyata keçirməklə Azərbaycan, enerji təhlükəsisizliyi məsələsində aktiv rol sahibinə çevrilmiş və buna əsasən etibarlı tərəfdaş kimi özünü göstərmiş, milli iqtisadiyyatımızı gücləndirməklə özünə beynəlxalq aləmdə nüfuz qazanmışdır.Prezident İlham Əliyevin rəhbərliyi ilə neft və qaz amilindən məharətlə istifadə edilərək müasir dünyanın diqqəti milli iqtisadiyyatımıza cəlb edilmiş, təbii qazın Avropaya ixracı ilə Avropa İttifaqının Rusiyadan qaz asılılığını azaldaraq güclü müttəfiqlər qazanılmışdır. Uğurlu enerji strategiyası nəticəsində ölkəmiz dünya miqyaslı əhəmiyyətə malik olmaqla, gündən-günə inkişaf edən güclü dövlətə çevrilmişdir.

Enerji təhlükəsizliyinin əsas elementlərindən biri təbii qazdır. Təbii qaz ehtiyatları və tranziti baxımından Azərbaycan Avropa dövlətləri üçün etibarlı təminatçı kimi böyük nüfuza malikdir. Təsadüfi deyil ki, təbii qaza getdikcə artmaqda olan tələbatını ödəməyə çalışan Avropa və bir sıra ölkələr əsas qaz təchizatçısı kimi, məhz Azərbaycana ümid edirlər.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya işgüzar səfəri zamanı Çernobbio şəhərində keçirilən Beynəlxalq Foruma dəvət edilməsi və forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı enerji təhlükəsizliyi məsələsində ölkəmizin üstün mövqeyi və ölkə rəhbərinin qazandığı inam, etibar və hörmətin təzahürü idi.

Prezident İlhm Əliyev çıxışında Azərbaycanın enerji strategiyasının tarixi məqamları və mərhələləri, təbii qaz ehtiyatlarımıza artan tələbat, Avropaya, o cümlədən İtaliyaya nəql edilən qazın həcmi, Azərbaycan-İtaliya əlaqələri və onun strukturu barədə ətraflı məlumat vermişdir. Prezident İlhm Əliyev enerji təhlükəsizliyinin müasir mənzərəsinə şərh verərək, Rusiya-Ukrayna müharibəsi fonunda təbii qaz məsələsinin Avropanın gündəliyində əsas məsələ olduğunu və artan tələbatın təmin olunması üçün daha uzunmüddətli strategiyanın zəruriliyini qeyd etmişdir.Bununla yanaşı, Prezident İlhm Əliyev enerji təhlükəsizliyinin təmin edilməsində bərpaolunan enerjinin önəminə diqqət çəkərək, bəyan etdi ki, alternativ enerji istehsalını inkişaf etdirmək üçün sərmayə qoyuluşu, bütün ölkələrin mənəvi öhdəliyidir.

Beləliklə, yaxın müddətdə təbii qaz boru kəmərləri şəbəkəsinin dayanıqlı fəaliyyəti Azərbaycana qaz satışını və tranzit gəlirlərini artırmağa və öz strateji mövqelərini gücləndirmək üçün imkan yaradacaqdır.Azərbaycanın sürətlə artan təbii qaz potensialı daxili və xarici iqtisadiyyatın daha dayanıqlı inkişaf etməsi istiqamətində yeni prespektivlər açmışdır. Həyata keçirilən enerji strategiyası sayəsində dövlətimiz regionun rəqabətqabiliyyətli qaz təchizatçısı, Avropa və Asiya qaz bazarının fəal iştirakçısı kimi dünya energetika balansında mavi yanacağın güclü istehsalçısı və ixracatçısı mövqeyinə sahib olacaqdır.

Akif Əliyev,

YAP Ağcabədi rayon təşkilatının mühasibi

Digər xəbərlər