Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevvə birinci xanım Mehriban Əliyevanın 2021-ci il oktyabrın17-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir. SİA xəbər verir ki, Sözügedən yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri sayılır.
Uzunluğu 64.8 km, hərəkət hissəsinin eni 15 metrtəşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3.75 metr, ayırıcızolağın eni 2 metr olmaqla yol yatağının eni 26.5 metr təşkil edir. I texniki dərəcəli olacaq yolda layihə üzrə 380 metr uzunluğunda istinad divarının inşası da aparılır.
Hazırda Ağdam-Füzuli avtomobil yolunda torpaqişlərinin icrası çərçivəsində yararsız qruntun çıxarılması, yatağın genişləndirməsi, 26.5 metr enində yeni yolyatağının, yol yatağı hazır olan hissələrdə yol əsasınıntikintisi, həmçinin kommunikasiya xətlərinin köçürülməsiişləri davam etdirilir.
Artıq yolun 59.3-64.8-ci kilometrlik hissəsində yoləsasının tikintisi yekunlaşmaq üzrədir.
Yol boyunca layihəyə uyğun suların ötürülməsinitəmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyatkeçidlərinin tikintisi aparılır.
Bundan başqa layihə üzrə nəzərdə tutulan yolun 0.2, 5.7, 37 və 63-cü kilometrlik hissəsində 4 avtomobil körpüsünün inşası da davam edir. Körpülərdə svay, betonlanma və dayaqların tikintisi işləri icra olunur.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nıntələblərinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyitərəfindən həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikəuyğun 2023-cü ilin sonunadək yekunlaşdırılması üçünəraziyə lazımi sayda qüvvə cəlb edilib.
Bərdə-Ağdam avtomobil yolunun davamı olanAğdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzulirayonları ərazisindən keçir. Yolun inşası Bərdədən Ağdamvə Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yol boyu sosial-iqtisadi inkişafamüsbət təsir göstərəcək.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...