CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 12-də 97,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,5 dollar/barel çoxdur.Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 96,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,52 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,47 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 93,21 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,56 dollar/barel çoxdur.
sia.az
Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...
Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...
Bir mədən dünya rekordu qıra bilər...
Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?