İqtisadiyyat

  • 4 766

Azexport.az və “Azəripək” milli kəlağayıların ilk satışını həyata keçirib

image

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu Azexport.az internet portalı və “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəripək” MMC-nin birgə əməkdaşlığı ilə “Amazon” və “eBay” platformalarından Azərbaycanın milli kəlağayılarının Amerika və Avropa ölkələrinə ilk satışı həyata keçirilib. İİTKM-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azexport portalının rəhəbəri Ayxan Qədəşov bildirir ki, bu kateqoriyadan olan məhsulların satışı əsasən payız - qış aylarına təsadüf etdiyindən növbəti aylarda sifarişlərin artması gözlənilir.Əməkdaşlıq çərçivəsində ilkin olaraq sadalanan platformalarda sınaq məqsədilə on çeşiddə kəlağayı məhsulu satışa çıxarılıb. Məhsula olan marağı nəzərə alaraq nümayiş olunan məhsul çeşidinin artırılması nəzərdə tutulub.Qeyd edək ki, Azərbaycan kəlağayı sənətinin 2014-cü ilin noyabrında UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsindən sonra kəlağayıya olan maraq daha da artıb.

sia.az

Digər xəbərlər