İqtisadiyyat

  • 4 412

Avropanın enerji təchizatında Azərbaycan vacib tərəfdaşdır - ŞƏRH

image

Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq regionda sülhün bərqərar olması üçün bütün imkanları nəzərdən keçirir və xalqlar arasında iqtisadi, mədəni, siyasi, diplomatik əlaqələrin dərinləşməsini, insanların daha yaxşı, rifah içində yaşaması üçün yeni qərarların qəbul olunmasında əzmkarlıq nümayiş etdirir.

Dünyada, xüsusilə də Avropa qitəsində enerji təchizatı və təhlükəsizliyi bu günki günün reallıqlarında vacib məsələ olduğundan Azərbaycan Prezidenti bu sahəni də sülhün əldə olunmasına yeni siyasət kimi istifadə edir.
Rusiya-Ukrayna münasibətlərinin gərgin olaraq qalması, habelə Avropanın bu günə qədər ən böyük qaz təchizatçısı olan Rusiyaya ABŞ və qərb dövlətlərinin tətbiq etdiyi sanksiyalar ümumən NATO-Rusiya qarşıdurmasını dərinləşdirmiş, Aİ-Rusiya münasibətlərinə mənfi təsir göstərərək Avropanın enerji təchizatı baxımından yeni qaz mənbələri və loqistika imkanlarının tapılmasını zəruri etmişdir.
1994-cü ildə imzalanmış Əsrin Müqaviləsini mükəmməl icra etmiş Azərbaycan bütün tərəfdaş dövlətlərin, habelə iştirakçı beynəlxalq konsorsiumların etibarını qazanaraq regionun lider dövləti olaraq qəbul olunmaqdadır.
Bu gün Azərbaycan neft kontraktlarının idarə olunması ilə yanaşı, qaz hasilatının həcmini artırmağa ildən-ilə müvəffəq olmaqdadır. Qeyd edək ki, 2021-ci ildə Azərbaycan ilk dəfə olaraq Cənub Qaz Dəhlizi üzərindən Avropaya istehsal etdiyi qazı nəql etmişdir.
Hal-hazırda Avropada yaşanan enerji böhranı fonunda Azərbaycanın illər boyu üzərində işlədiyi enerji infrastrukturu Aİ-nin diqqətini cəlb etməkdədir. Bu, eyni zamanda Azərbaycan üçün suverenliyin qorunmasında, habelə Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaqda yeni bir imkan, habelə Avropada yaşayan insanların enerji və qaz tələbatının ödənilməsinə dəstəkdir.
Prezident İlham Əliyevin cari ilin 30 sentyabr tarixindədost və strateji tərəfdaş olanBolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində vurğuladığı kimi, “Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu ölkəmizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək.” Bu imkanlar həm iqtisadiyyatın şaxələnməsinə, həm də regionda xalqların dayanıqlı sülhlə təmin olunmasına xidmət göstərə bilər.
Oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi Aİ-nin enerji təhlükəsizliyi sahəsində həyata keçirdiyi növbəti yeni planı olaraq Azərbaycan qazının Bolqarıstana və Bolqarıstan vasitəsilə şaxələndirilərək digər avropa dövlətlərinə çatdırılmasını nəzərdə tutur.
Bu yeni formatda Avropa enerji təhlükəsizliyində Azərbaycanın iştirakı bir tərəfdən Azərbaycanın artan nüfuzu, digər bir tərəfdən Azərbaycan dövlətinin bu günə qədər yaratdığı və həyata keçirdiyi böyük infrastruktur layihələrinin olması ilə mümkün olmuşdur.
Prezident İlham ƏliyevinQaz İnterkonnektorununaçılış mərasimində səsləndirdiyi çıxış nitqindəAvropa Komissiyasının Prezidentinin çıxış nitqinə əlavə olaraq iyun ayında Bakıda xanım Fon der Lyayeninbirbaşa iştirakı ilə imzalanmış Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunu qeyd etmiş, həmin Memoranduma əsasən ölkəmizinnövbəti bir neçə ildəAvropaya qaz ixracatının ən azı 2 dəfə artırılacağını vurğulamışdır.
Bu öz növbəsində Azərbaycanın enerji sahəsindəki siyasətində düzgün gələcəyə hədəflənmiş istiqamətləri göstərir, eyni zamanda Aİ ilə Azərbaycan arasında siyasi, mədəni, humanitar sahələrdə də əlaqələrin dərinləşəcəyinə əminlik yaradır.
Beləliklə, Prezident İlham Əliyevin həm Bolqarıstan səfəri, həm də Qaz İnterkonnektoru layihəsinin açılış mərasimində iştirakı daha çox sülhə, əmin-amanlığa və dünya enerji təhlükəsizliyi siyasətinə verilə biləcək böyük töhfədir.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Digər xəbərlər