İqtisadiyyat

  • 5 483

"Türkiyə qlobal regional məsələlərə təsir imkanı olan ölkələrdəndir" - İQTİSADÇI DANIŞDI

image

“Rusiya ilə Avropa İttifaqı arasındakı münasibətlərin gərginləşməsi Türkiyənin starteji mövqeyini daha da gücləndirir”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.İqtisadçı qeyd edib ki, Türkiyə qlobal regional məsələlərə təsir imkanı olan ölkələrdəndir: “Artıq mavi qazın Avropa İttifaqına çıxarılmasında praktik olaraq mühüm gücə malik olacaq. Türkiyə dövləti son dövrlər mavi qazın diversifikasiyasında xüsusi rola malikdir. Bu baxımdan Türkiyənin mərkəzə çevrilməsi strateji mövqeyninin daha da möhkəmlənməsinə icazə verəcək. Həmçinin Türkiyə Avropanın enerjiyə olan tələbətanın ödənilməsində xüsusi paya malik olacaq. Türkiyənin Avropa İttifaqında enerji böhranının yumuşalmasına və gələcəkdə mavi qaza olan tələbin ödənilməsində xüsusi rolu olacaq”.

Müəllif: Banuçiçək Hüseynli

Digər xəbərlər