PDF Oxu

Müsahibə

  • 9

Əmək Məcəlləsindəki dəyişikliklər əhalinin sosial rifahını gücləndirəcək

Əmək Məcəlləsindəki dəyişikliklər əhalinin sosial rifahını gücləndirəcək
Azərbaycanda aparılan islahatlar ölkə əhalisinin sosial-rifah halının yüksəldilməsi, onların sosil təminatının yaxşılaşdırılması məqsədini daşıyır. Bu günlərdə Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihələrinə dəyişikliklər də məzmun etibarilə bu istiqamətə yönəldilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və "Dövlət qulluğu haqqında" və "Əmək pensiyaları haqqında qanunlara təklif olunan dəyişikliklərlə bağlı layihələr müzakirəyə çıxarılmışdır. Qeyd olunan qanunlara dəyişikliklərlə bağlı redaksiyamızın qonağı olan Milli Məclisin deputatı Musa Quliyevə bir neçə sualla müraciət etdik.
- Musa müəllim, Əmək Məcəlləsində nəzərdə tutulan dəyişikliklər əhalinin həyat tərzində onun sosial həyat tərzinin yaxşılışdırılması baxımındın hansı yenilik və imkanlar yaradacaq?
- Əmək Məcəlləsində olan dəyişikliklər dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin çalışma müddətinin yaş həddini müəyyənləşdirir. Yəni, bu yaş həddi 65 olaraq qoyulub. Bu hansı səbəblərdən irəli gəldi və bizə nə verəcəkdir? Bu, Azərbaycanın iqtisadiyyatına, əhalinin təminatına, sosial inkişafına imkan yaradacaq. Birinci növbədə, Azərbaycan sosial dövlətdir və sosial dövlət qurulması yolunda uğurlu addımlar atır O, Avropa sosial xartiyasına yeni bir imza atacaq. Azərbaycanın dövlət büdcəsinin 35 faizi sosial ümumi xərclərə nəzərdə tutulub. Azərbaycan dövlətinin daxili siyasətində əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamətlərdəndir. Pensiyaçılar öz təqaüdləri dövrünü çox səmərəli yaşamalıdır. Müəyyən ölkələrdə pensiyaya çıxan şəxslər, o cümlədən, qardaş ölkə olan Türkiyədə qeyri-hökumət təşkilatlarında, özəl sektorlarda çalışırlar. Pensiyaya çıxın şəxslər həmin zamanda öz vaxtlarını səmərəli keçirə, qeyri-hökumət təşkilatlarında, özəl sektorlarda fəaliyyətlərini davam etdirə bilərlər. Bu, onların sərbəst şəkildə fəaliyyət göstərməsinə şərait yaradacaq və eyni zamanda, arzuladıqları sahədə planlarını həyata keçirəcəklər. Yaradıcı insanlar fərdi yaradıcılıqları ilə məşğul olacaq, cəmiyyətin işində yaxından iştirak edəcəklər.
Qeyd edim ki, Əmək Məcəlləsinə dəyişiklik edilməklə yanaşı, "Əmək pensiyaları" haqqında Qanuna təklif olunan dəyişiklik 2006-cı il yanvar ayının 1-dək əmək pensiyasına çıxmış şəxslərin təqaüdlərinin artırılması məsələsi əksini tapmışdır. Orta hesabla onların pensiyalarının artımı 40-50 manat olacaq. Azərbaycanda 845 minə yaxın pensiyaçının pensiyası artacaq. Dövlət sektorunda çalışan gənclərin, xüsusilə, xaricdə təhsil almış gənclərin imkanları artacaq və gənc nəslin yaşlı nəsli əvəzetmə prosesi həyata keçiriləcək. Bunun üçün isə illik təxminən 390 milyon manat büdcə vəsaiti sərf olunacaqdır.
- Niyə məhz 70 yaşına qədər işləmək imkanı dövlət strukturlarında çalışan şəxslərin müəyyən hissəsinə şamil olunacaq? Bu insanlar arasındı ayrıseçkilik yaratmazmı?
- Bilirsiniz, indiki dövr müasir texnologiya, modern yanaşma, yeni texnologiyanın idarəetmə dövrüdür. Şübhəsiz ki, yaşlı nəsil müəyyən təcrübələrə malik olsa da, lakin yeni tenologiya və internet əsridir. Yaşlı nəsil yeni texnologiyanı qavramaq, onları tətbiq etmək imkanına malik deyildir. Sovet dönəmində işləmiş hər hansı bir professor yeni texnologiyanı qəbul etmək iqtidarında deyildir. Artıq o dövr deyil ki, köhnə üsullardan istifadə olunsun. Məsələn, mən həkim olduğumdan istəyirəm ki, hər hansı xəstəni müayinə etmək üçün teleskopdan və yaxud onun sinir sistemlərini yoxlamaq üçün çəkicdən istifadə olunsun. Amma bununla belə, eyni zamanda, yaşlı nəsildən yaralanaraq zənginləşmək gərəkdir. Bu, dövlət qulluğunda və yaxud dövlət müəssisələrində maliyyələşən əhalinin sosial rifahına heç bir mənfi təsir göstərməyəcək. Pensiyaya çıxmış insanlar QHT-lərdə öz potensiallarını reallaşdıra bilərlər. O ki qaldı gənclərə, onlar daha çox özəl sektorlara müraciət edirlər. Çünki dövlət sektorlarında gənclərə yer yoxdur. Buna görə də həm dövlət idarələri və müəssisələrinin keyfiyyətini yüksəltmək, həm müasir düşüncələri yüksəltmək üçün bu addıları atmaq lazımdır. Dövlət müəssisələrində 125 min işləyən pensiyaçı vardır ki, onların 110-115 mini dövlət sektorunda çalışan insanlardır ki, onlar ya pensiyaya getməli, ya da özəl sektorlarda çalışmalıdırlar. Birdən-birə onların yerini gənclərin tutması dövlət sektorunun çox sürətlə yeniləşməsinə səbəb olacaqdır. Burada dövlət sektorunda işçilərin yalnız 1 faizi dövlət müəssisəsində saxlanılacaq. Həmin şəxslər 70 yaşına çatana qədər müvafiq orqanın qərarı əsasında işdə çalışa bilərlər. Xüsusilə, təhsil və mədəniyyət sahəsində xüsusi xidmətləri olan şəxslər sonra da öz fəaliyyətlərini davam etdirə bilərlər. Burada yəni müəyyən kriteriyalar müəyyənləşdiriləcəkdir ki, təbii ki, burada insanların uğurları, sağlamlıq vəziyyətləri nəzərə alınacıq, attestasiyadan keçiriləcək və bu insana həmin sahədə nə qədər tələbat olduğu müəyyənləşdiriləcək.
Pensiyaya çıxan insanlar, yəqin ki, özlərinə müəyyən məşğuliyyətlər tapacaq, hər hansı dövlət strukturunda çalışan atanın pensiyaya çıxması nəticəsində onu oğlu əvəzləyəcək və bununla da ailə büdcəsi öz yerini taparaq, təmin olunacaq. Beləliklə, heç kəs həyat fəaliyyətindən kənarda qalmayacaq. Bir də ki, bu, təkcə bizim ölkədə deyil, dünyanın seçdiyi bir yoldur. İnkişaf etmiş ölkələrdə bu sistem çoxdan tətbiq olunur. Bazar iqtisadiyyatı yalnız bu yoldan keçir.
- Əhalinin əmək pensiyaların artırılması nə vaxtdan qüvvəyə minəcək və artım orta hesabla neçə manat olacaq?
- Pensiyaların artırılması bu ilin iyulun 1-dən qüvvəyə minəcək. Təxminən 1 milyon insanın pensiyasına baxılacaq. Elə insanlar olacaq ki, 70-80 manat pensiyaları artacaq. O dövlət sosial dövlət sayılır ki, əhalinin sosial müdafiəsi yüksək təmin olunsun. Pensiyaçıların pensiyaları əmək haqqının 40 faizindən aşağı olmasın. Azərbaycanda pensiyaçıların pensiyaları 114 manatdan 150 manata çatacaq.
- Gənclərimizin sosial məişət şəraitinin yaxşılaşdırılması baxımındın yeni ailə quran şəxslərə, uzun müddətli ipoteka kreditlərinin verilməsi təklifi qüvvədə qalırmı?
- Əlbəttə, qüvvədə qalır və bu, daha da genişlənməkdədir. May ayının 27-də Milli Məclisin sessiyasında dövlət büdcəsinin xərc hissəsinin bölüşdürülməsi məsələsində yeni artımlar gözlənilir. Yəni ki, bu büdcə bir milyarddan daha çox təşkil edəcək ki, yəqin ki, bu da gənclərin sosial müdafiəsinin yaxşılaşmasına, onların sosial həyat tərzinin, mənzil şəraitinin yaxşılaşdırılmasına, onlara güzəştli ipoteka kreditlərinin verilməsinə yönəldiləcək. Qeyd edim ki, gənclərlə bağlı Dövlət Proqramı qəbul edilib ki, ipoteka kreditlərinin aşağı salınması məsələsində müvafiq addımlar atılacaqdır.

Digər xəbərlər