PDF Oxu

Müsahibə

  • 20

Dünya birliyi Azərbaycanla hesablaşır

Dünya birliyi Azərbaycanla hesablaşır
-Rafael müəllim, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı və o dövrdəki ictimai-siyasi vəziyyətlə bağlı nə deyə bilərsiniz?
- Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövləti qarşısındakı xidmətləri çoxşaxəlidir və bütün bunlar Onu Azərbaycan xalqının Ümummilli Lideri kimi adlandırmağa əsas verir. Azərbaycan xalqı nəinki bu gün, hətta illər keçsə belə, Ulu Öndər Heydər Əliyevi minnətdarlıq hissi ilə xatırlayacaqlar. Ümummilli Liderimizin Azərbaycan dövləti qarşısındakı xidmətləri o qədər aydın, şəffafdır ki, bu xidmətlərin sübuta heç bir ehtiyacı yoxdur. Ulu Öndər Heydər Əliyevin bu xidmətləri içərisində bir müstəsna xidməti ondan ibarətdir ki, O, Azərbaycan Respublikası adlı müstəqil dövləti yaratdı. Ulu Öndər ikinci dəfə hakimiyyətə gəlməmişdən öncə Azərbaycanda xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. Ölkə de-fakto, parçalanma, dağılma vəziyyəti ilə üzləşmişdir. Bütün bunlarla yanaşı, Azərbaycan xalqının da sabaha olan inamlar, ümidlər tamamilə itmişdir. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında ikinci dəfə hakimiyyətə qayıdışı ilə xalqın inamını, etibarını özünə qaytardı, Azərbaycanın ilkin coğrafi ərazisində Azərbaycan Respublikası adlı qüdrətli bir dövlət yaratdı. Ümummilli Lider Heydər Əliyevin dəmir iradəsi, uzaqgörən siyasəti nəticəsində dövlət müstəqilliyimiz möhkəmlənməklə yanaşı, insanların də sosial rifah halı yaxşılaşmağa başladı. Çox təəssüf ki, bu gün bəzi radikal müxalif qüvvələri milli dövlətə sahib olmağımız kimi bir xoşbəxtliyin nə olduğunu hələ də anlaya bilmirlər. Onlar dərk etmirlər ki, Azərbaycan xalqı xoşbəxt xalqdır ona görə ki, milli dövlətimiz var. Hər bir xalqın milli dövlətə sahib olması üçün onun, ilk növbədə, milli özünü dərk hissi olmalıdır. Əgər milli özünü dərk hissi yoxdursa, o xalq heç vaxt milli dövlət haqqında düşünə bilməyəcək. Hələ 1970-ci illərdə Ulu Öndər Heydər Əliyev bütün qüvvəsi ilə çalışaraq Azərbaycanın uğurlu gələcəyinin əsasını qoydu. Heydər Əliyev ölkəmizin, xalqımızın maraqlarını düşünür, onu qorumağı bacaran bir siyasətçi, əsil dahi və təkrarolunmaz bir şəxsiyyət idi. Ulu Öndər qurduğu demokratik, suveren Azərbaycan dövlətinin yaşaması, uğurlu inkişaf etməsi üçün lazım olan bütün addımları atdı və bu yolda da bütün uğurları qazandı. Ümummilli Liderimiz Azərbaycan xalqına bu dövləti qorumağı, yaşatmağı tapşırıb getdi.
- Ümummilli Lider Heydər Əliyevin varislik prinsipi ölkə başçısı İlham Əliyev cənablarının simasında layiqincə həyata keçirilirmi?
- Əlbəttə, Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətini cənab Prezidentimiz çox layiqincə həyata keçirir. Bəzən bəzi radikal müxalifət iqtidarı tənqid edir, lazımsız, gərəksiz aksiyalar, mitinqlər, piketlər keçirməyə cəhd edirlər. Lakin hər dəfə olduğu kimi, yenə də məğlubiyyətə uğrayırlar. Bu gün Azərbaycan müxalifəti konkret plan, təklif ortaya qoya bilmir. Azərbaycan müxalifəti nə Azərbaycan dövlətində, nə də xaricdə qəbul olunmur. Bu, bir reallıqdır. Radikal müxalifət, ümumiyyətlə, cəmiyyətdə heç bir sosial bazaya, dayaqlara, ictimai dəstəyə və imkanlara malik deyil. Yalnız onlar anti-Azərbaycan mövqeli qüvvələrin maddi və mənəvi dəstəyinə arxalanır ki, bu da siyasətçini uçuruma aparan, məhvə sürükləyən faktlardan sayılır. Azərbaycan xalqının dəstəklədiyi və qəbul etdiyi yeganə dəyişməz siyasət var ki, o da Ulu Öndər Heydər Əliyev siyasətidir. Azərbaycan xalqı birmənalı şəkildə, ölkə Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir və bu gün olduğu kimi, sabah da Ona sadiqdir. Bu gün Azərbaycan dövləti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gündən-günə çiçəklənir, iqtisadiyyatı sürətlə inkişaf edir, dünya arenasında özünəməxsus yer tutur, söz, nüfuz sahibidir. Cənab Prezident İlham Əliyev elə bir uğurlu siyasət yürüdür ki, bütün dövlətlər, beynəlxalq aləm Azərbaycan dövləti ilə hesablaşır. Bu, təbii ki, Azərbaycan dövlətinin uğurudur. Cənab Prezident çalışır ki, xalqımızın yaşayış səviyyəsi gündən-günə yüksəlsin. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan dövlətinin ən böyük milli sərvəti elə Azərbaycan xalqının özüdür.

Digər xəbərlər