PDF Oxu

Müsahibə

  • 11

“İstərdim ki, ümumi sülh razılaşmasında həll olunmayan məqamlar öz həllini tapsın"

“İstərdim ki, ümumi sülh razılaşmasında həll olunmayan məqamlar öz həllini tapsın"
- Böyük Britaniya parlamentinin Lordlar palatasının vitse-spikeri, baronessa Kerolayn Koksun Dağlıq Qarabağa səfər etməsini, separatçı qurumun başçıları ilə keçirdiyi görüşü necə dəyərləndirirsiz?
- Böyük Britaniya parlamentinin Lordlar palatasının vitse-spikeri, baronessa Kerolayn Koksun Dağlıq Qarabağa səfərinə mənfi münasibət bildirirəm. Azərbaycan höküməti və Xarici İşlər Nazirliyi də bununla bağlı mövqeyini ortaya qoyub. Hesab edirəm ki, ədalətli və haqlı tələbdir. Hal-hazırda Kerolayn Koksun Dağlıq Qarabağa səfərini əngəlləyə biləcək hər hansı bir fəaliyyət göstərmək imkanlarımızı nəzərə alaraq onun Azərbaycanın digər bölgələrinə səfərlərinə embarqo qoyulmasını dəstəkləyirəm. Hesab edirəm ki, Böyük Britaniya parlamentinin Lordlar palatasının vitse-spikeri İngiltərə ilə Azərbaycan arasında olan münasibətlərin ruhuna uyğun olmayan bir addım atır.
- Moskvada keçirilməsi gözlənilən Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirlərinin görüşünə münasibətiniz necədir?
- ATƏT-in Minsk Qrupunun üzdə görünən çevik fəaliyyəti ilə bağlı başqa fikir ola bilməz. Görüntü ondan ibarətdir ki, onlar çox hərəkət edirlər. Regiona səfərləri artıb, müzakirələrini intensivləşdiriblər. Bütün bunların nəticəsi olmadığına görə, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan vəziyyət bizi qane etmir. Hesab edirəm ki, sözügedən görüşün keçirilməsi də bu prosesin bir mərhələsidir. Moskvada keçirilməsi gözlənilən Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirlərinin görüşündən Dağlıq Qarabağ münaqişəsinin həll olunacağını gözləmirəm. Eyni zamanda nazirlərin görüşü ATƏT-in Minsk Qrupunun həyata keçirdiyi fəaliyyətin bir elementidir. Ümumi sülh razılaşmasının başlanması artıq mümkündür. ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərlərini yekunları ilə bağlı bəyanatlarında "sülh razılaşmasını artıq başlamaq olar" sözünün yer alması hesab edirəm ki, burada razılaşdırıla bilməyən hansısa məqamlardan söhbət gedə bilər. İstərdim ki, bu məqamlar razılaşdırılsın.
- Bəzi millət vəkilləri ATƏT-in Minsk Qrupundan imtina edilməsi ilə bağlı fikirlərlə çıxış ediblər. Sizin buna münasibətinizi bilmək istərdik.
- Mən bütün bu tənqidi fikirləri normal qəbul edirəm. Hesab edirəm ki, hər kəs öz etirazını bir formada bildirməlidir. Bu da ondan irəli gəlir ki, münaqişənin həlli uzandıqca uzanır. ATƏT-in Minsk Qrupu üzdə görünən çevik fəaliyyət göstərir, amma nəticə yoxdur. Ona görə də, insanlar haqlı olaraq öz etirazlarını bildirirlər. Eyni zamanda Siyavuş Novruzovun səsləndiyi son açıqlamasında da qeyri-adi heç nə görmürəm. Hər kəs çıxış yolu axtarır. Maraqlıdır ki, yeni formatın yaranması və yeni ölkələrin bu münaqişənini həllinə cəlb edilməsi nə nəticə verəcək? Bunu proqnoz etməkdə çətinlik çəkirəm.
- AMİP-in İctimai Palatadan hakimiyyətin təhriki ilə çıxması barədə deyilənlərə münasibətiniz necədir?
- AMİP-in İctimai Palatadan hakimiyyətin təhriki ilə çıxması barədə deyilənlər cəfəngiyyatdan başqa bir şey deyil. Oyuncaq qurum iflasa uğradığını ört-basdır etmək üçün ortaya belə iddialar atıblar. AMİP İctimai Palataya daxil olanda həmin qüvvələr bunun hakimiyyətin təhriki ilə olduğunu niyə deməmişdilər? Hazırda ölkədə baş verən prosesləri normal qiymətləndirirəm. İqtidar və müxalifətin bir-biri haqqında dediyi fikirlərə gəlincə, bu yeni deyil. Müxalifət neçə illərdir düşünür ki, iqtidar legitim deyil, iqtidar isə haqlı olaraq öz işi ilə məşğuldur, üzərinə düşən məsuliyyəti yerinə yetirərək həm dövlət, həm də millətin maraqları istiqamətində fəaliyyətini qurur, nəticələr də müsbətdir.

Digər xəbərlər