PDF Oxu

Müsahibə

  • 16

Azərbaycanda həm azadlıq, həm də demokratiya var

Azərbaycanda həm azadlıq, həm də demokratiya var
- Mais müəllim, sizcə, radikal müxalifət icazəsiz aksiyalar keçirməklə, xaricdən qarşılarına qoyulan hədəflərinə çata bilibmi?
- Təbii ki, xaricdəki anti-Azərbaycan mövqeli qüvvələr tərəfindən aksiya keçirən radikal müxalifətçilər qarşılarına məqsəd qoyurlar. Bu məqsəd isə, ondan ibarətdir ki, ölkədə ictimai-siyasi sabitliyi pozsun. Amma burada müxalifətin özü də bilmir ki, öz hədəfi nədən ibarətdir. Azərbaycanda həm azadlıq, həm də demokratiya var. Yəni, radikal müxalifət bu məsələləri özlərinə hədəf seçiblərsə, hesab edirəm ki, bu, o qədər də uğurlu hədəf deyil. Çünki bütün bu sadalananların hamısı ölkəmizdə mövcuddur. Əgər radikal müxalifətin hər hansı bir tələbi varsa, onları icazəli dinc aksiyalar vasitəsilə həyata keçirməlidir. Belə qarşıdurma və iğtişaş yaratmaqla müxalifətçilər heç vaxt öz tələblərini ortaya qoya bilməzlər.
- Mümkündürmü ki, pozuculuq yolu tutan radikal müxalifətin dövlət qeydiyyatının ləğv olunması üçün hakimiyyətə müraciət edilsin?
- Əgər siyasi partiyalar, qanuna uyğun hərəkət etmirlərsə, bu qanunun aliliyini qəbul etmirlərsə, Azərbaycanda stabilliyi pozmaq yolunu tutuaraq, destruktiv fəaliyyət göstərirlərsə, bundan ötəri ölkədə fəaliyyət göstərən hüquq-mühafizə orqanları var. Bu kimi məsələləri hüquq-mühafizə orqanları dəyərləndirməlidir. Çünki biz demokratik bir dövlətdə yaşayırıq. Yəni, hər hansı bir partiyanın müraciəti ilə bu, baş tuta bilməz. Qeyd etdiyim kimi, özünü partiya adlandıran, lakin Azərbaycanın qanunlarına zidd gedən və mütamadi olaraq, qanunları pozan siyasi təşkilatlar varsa, səlahiyyətli orqanlar onların fəaliyyətlərini dayandıra bilər.
- Sizcə, ölkəmizdə fəaliyyət göstərən 20-yə yaxın səfirin Müsavat qərargahına gedərək, radikal müxalifət liderləri ilə görüşməsi, həmin səfirlərə nə dərəcədə başucalığı gətirə bilər?
- Bu və ya digər ölkələrdə fəaliyyət göstərən səfirliklərin əsas missiyasi, ərazilərində fəaliyyət göstərdikləri ölkələrlə, dövlətlərlə öz ölkələri arasında normal münasibətlər qurmaq və bu münasibətlərin inkişafına çalışmaqdır. Bu və ya digər ölkələrdə fəaliyyət göstərən partiyaları yönəldilməsi və həmin partiyalarla gizli qapılar arxasında görüş keçirməsi, təbii ki, bizim cəmiyyətimizdə çox ciddi suallar doğurur. Hesab edirəm ki, həmin səfirlərin radikal müxalifət liderləri ilə görüşməsi, diplomatik səlahiyyətlərinə uyğun gəlməyən bir haldır.

Digər xəbərlər