PDF Oxu

Müsahibə

  • 17

"Açıq kosmosa çıxanda qeyri-adi hisslər keçirirsən"

"Açıq kosmosa çıxanda qeyri-adi hisslər keçirirsən"
- Maksim  Viktoroviç, Bakıya xoş gəlmisiniz. İlk baxışdan Bakı şəhəri sizdə hansı təəssüratlar yaratdı?
- İlk baxışdan deyə bilərəm ki, çox gözəl təəssürat bağışladı. Şəhəriniz haqqında onu deyə bilərəm ki, çox təmiz və geniş küçə və  prospektləriniz var. Bir sözlə paytaxtınız məni valeh etdi.
- Maraqlıdır, siz həm kosmonavt, həm də bloqqersiniz. Siz sosial şəbəkələrdə kiminlə və nəyi paylaşmaq istəyirsiniz?
- Baxmayaraq ki, mən ilk dəfə idi ki, kosmosa uçurdum, orada 169 sutka oldum. Mənim üçün əsas məqsəd insanlara kosmonavt həyatı, kosmos haqqında təəssüratları hesabat xarakterli yox, olduğu kimi çatdırmaqdır. Qaldı mənim kosmosa uçmağıma, Rusiya Kosmik Agentliyindən bir təklif gəlmişdi, mən də razılaşdım və nəticədə yaxşı layihə alındı. Mənim bloqum 3 dilə tərcümə olunur. Özümün də xoşuma gəlir, ən əsası istifadəçilərlə birbaşa əlaqə yarada bilirik. İnsanlar mənim yazdıqlarımızı oxuyub böyük maraq göstərib və canlı cavab verirlər. Bu o deməkdir ki, insanlar hər şey bilmək istəyir. Bir çox media mənsubları deyirlər ki, kosmos heç kəsə lazım deyil, çünki oraya uçan şəxsin kimliyi bilinmir. Sadəcə, insanlara informasiya vermirlər.
- Sizin təhsilinizə görə test pilotsunuz, kosmonavt olmaq arzusu haradan yarandı?
- Bilirsiniz, mən kosmonavtlar dəstəsində idim və seçim etdilər. Beləliklə, mən tezliklə birinci qrupa, yəni əsas heyətə düşdüm.
- Kosmosda olarkən ilk hisslərinizi nə oldu?
- Müxtəlif hisslər yaranırdı, Yer planetini görmək təsviredilməz hisslər yaradırdı. İlk dəfə kosmosa qalxmaq çox maraqlıdır. Açıq kosmosa çıxanda qeyri-adi hisslər keçirirsən. Apardığımız təcrübələr yaxşı təəssüratlarla yadda qaldı. Yer kürəsi xəritədəki kimi yumurudur, sanki xəritədəki kimi qitə və okeanların olduğu qlobus idi. Bu mənzərə çox bənzərsiz idi. Hec bir foto və videokamera öz gözünlə gördüyün qədər hisslər yarada bilməz.
- Bəs digər planetlərə necə, səfər etmək istərdinizmi?
- Çox güman ki, bizim əsrdə Yer kürəsinin ətrafında - kosmosda dövr etməkdən başqa hələlik digər layihələr həyata keçirmək mümkün olmayacaq. Yenə də deyim ki, Rusiya Kosmik Aqentliyi Aya uçuş proqramına yenidən qayıdıb və Marsı ziyarət etmək üzərində çalışır.
- Necə bilirsiz, kosmosa turist səyahəti təşkil etmək mümkündürmü?
- Bizimlə elə bir turist var idi və mən buna pis baxmıram. Bu əlbəttə, böyük gəlir gətirir və ictimaiyyət buna böyük diqqət yetirir. Sözsüz ki, belə səyahətlər ancaq milyonçulara nəsib ola bilər. İmkanı olan hər kəs, əlbəttə əgər sağlamdırsa, uçmaq arzusunu reallaşdıra bilər. KİV-in diqqətini buna yönəldərək kosmosun populyarlığına nail ola bilərik. Bu da müsbət bir haldır.
- Müsahibəyə görə çox sağ olun.

Digər xəbərlər