PDF Oxu

Müsahibə

  • 19

9 yaşlı Fariz Bədəlovun erməni snayperləri tərəfindən qətlə yetirilməsi...

9 yaşlı Fariz Bədəlovun erməni snayperləri tərəfindən qətlə yetirilməsi...
- Elçin müəllim, 9 yaşlı Fariz Bədəlovun erməni snayperləri tərəfindən qətlə yetirilməsi faciəsinin Azərbaycan mətbuatı tərəfindən dünya KİV-lərinə yetərli qədər çatdırılırmı?
- Azərbaycan mətbuatının indiki imkanlarını nəzərə alaraq demək olar ki, 9 yaşlı Fariz Bədəlovun erməni snayperləri tərəfindən qətlə yetirilməsi faciəsinin dünyanın aparıcı KİV-lərinə yetəri qədər çatdırıldığını söyləmək mümkün deyil. Çünki ölkədə, xaricə yayılan rus, ngilis və digər dillərdə medianın sayı bir o qədər də çox deyil. Düzdür, fəaliyyət göstərən bir neçə informasiya agentliklərinin imkanları var ki, ölkədən kənar bu kimi informasiyaların yayılmasında və çatdırılmasında aktiv şəkildə fəaliyyət göstərsinlər. Burada iki faktor var. Birincisi, medianın bütün cəhətlərindən asılı olmayaraq, dünyanın özünün baş verən bu fvciəyə münasibəti necədir? Bu gün insan hüquq və azadlıqları barəsindən car çəkən beynəlxalq təşkilatları, bəzi aparıcı dünya ölkələrinin özləri bu ədalət prinsipinin özünə hansı müstəvidən yanaşırlar və hadisələri nə dərəcədə obyektiv qiymətləndirməyi bacarırlar? Bir sözlə, bu, çox önəmli şərtlərdən biridir. Ancaq bununla yanaşı, hesab edirəm ki, burada təkcə medianın özərinə məsuliyyətin qoyulması düzgün olmazdı. Bu prosesdə istər mətbuat orqanları, istərsə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndələri, istərsə də, diaspor qurumları fəal şəkildə iştirak etməlidirlər.
- Azərbaycan həqiqətlərinin dünya xalqlarına çatdırılmasında Azərbaycan mətbuatı dünyanın aparıcı mətbu orqanları ilə əməkdaşlığı mümkündürmü? Bunun üçün nə etməli?
- İnformasiyanın yayılması üçün dünyanın ayrı-ayrı mətbuat orqanlarının imkanlarından istifadə olunmalıdır. Xüsusilə də, transmilli medianın bu proseslərə diqqətini cəlb etməyə ehtiyac var. Ancaq fakt faktlığında qalır. Yəni törədilən bu vəhşilik erməni vandalizminin bir daha sübutu kimi tarixə yazılıb. Bu faktdan özümüzün ədalətli mövqeyinin müdafiəsində və ermənilərin əsil simasının açılmasında, növbəti dəfə neçə istifadə edəcəyik. Hesab edirəm ki, bu, artıq bizim informasiyaya peşəkar yanaşmağımızdan və fəaliyyətimizdən asılıdır.
İndiki şəraitdə, təbii ki, çap mətbuatının, xüsusilə də, Azərbaycan milli çap mediasının dünyanın müxtəlif ölkələri ilə əməkdaşlığında bir sıra baryerlər var. Yalnız qardaş Türkiyə ilə bu əməkdaşlıq mümkündür. Yəni, burada dil baryerinin olmadığı mümkündür. Hesab edirəm ki, ilk növbədə, mətbuat orqanları özlərinin internet səhifələrini və elektron resurslarını inkişaf etdirməlidirlər. Xüsusi olaraq da bir neçə dildə bu resursların yayılmasına ehtiyac var. Yalnız informasiya yayımındakı peşəkarlıq təmin ediləndən sonra dünyanın ayrı-ayrı media orqanları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında müəyyən imkanlar yarana bilər. Bununla yanaşı, hesab edirəm ki, burada həm mətbuat orqanlarının, həm də jurnalist təşkilatlarının fəal iştirakı, ayrı-ayrı ölkələrin media orqanları ilə mütəmadi olaraq bir araya gəlmək, konfranslar keçirmək, əməkdaşlıq istiqamətində addımların atılması mümkündür. Bununla bağlı müəyyən cəhdlər var və addımlar atılmaqdadır. Ancaq çox təəssüflər olsun ki, bizim bu günə qədər əməkdaşlığımızın çərçivəsi yalnız MDB məkanı və qardaş Türkiyə ilə məhdudlaşıb. Hesab edirəm ki, daha uzaq və böyük addımlar atmaq lazımdır. Dünyanın aparıcı mətbuat orqanları və agentlikləri ilə əməkdaşlığın artırılması və əlaqələrin genişləndirilməsi üçün bir sıra addımların atılmasına ehtiyac var. Bunu ilkin başlanğıcda jurnalist təşkilatlarının vasitəsilə etmək mümkündür. Yəni, burada konfranslar keçirmək və bir araya gəlmək əməkdaşlıqlar üçün zəmin yaratmaq mümkündür. Sonrakı proseslər də, təbii ki, mətbuat orqanlarının özlərindən asılıdır.

Digər xəbərlər