PDF Oxu

Müsahibə

  • 17

Hansı siyasi partiyalar dövlətdən maliyyələşə bilər?

Hansı siyasi partiyalar dövlətdən maliyyələşə bilər?

- Mais müəllim, siyasi partiyaların dövlətdən maliyyələşməsi məsələsi müəyyən dairələrdə müzakirə olunmaqdadır. Bəs siz maliyyələşmə məsələsinin hansı formada həllini görürsünüz?
- Yaxşı olardı ki, siyasi partiyalar dövlət tərəfindən maliyyələşsin. Çünki bəzi partiyaların, xüsusən də, müxalifətdən olan partiyaların maliyyə qaynaqları çox qaranlıqdır. Ona görə də, dövlət tərəfindən maliyyələşdirilməlidir. Təbii ki, dövlət partiyaları maliyyələşdirəcəksə, həmin maliyyənin də xərclənməsinə nəzarət edəcəkdir. Bir sözlə, bu, düzgün bir praktika olardı. Hansı prinsipdən partiyalar dövlət tərəfindən maliyyələşdirilməlidir, bu, qeydiyyatdan keçən partiyalara aid olmalıdır. Əgər partiyanın qeydiyyatı, statusu varsa və rəsmi şəkildə dövlət tərəfindən fəaliyyətinə icazə verilirsə, o partiyalar dövlət tərəfindən maliyyələşdirilə bilər.
- Bəzi partiyalar ətrafında olan QHT-lər vasitəsilə xaricdən müəyyən siyasi məqsədləri üçün maliyyə yardımı alırlar. Sübuta yetirilən bu faktla bağlı partiyaların, ən azı qınaq obyekti olmaması təəssüf doğurmur ki?
- Bəli, belə partiyalar Azərbaycanda var. Yuxarıda qeyd etdim ki, dövlət tərəfindən partiyaların maliyyələşdirilməsi, belə halların qarşısını ala bilərdi. Bu gün, heç də gizli deyil ki, bəzi partiyaların ətrafında QHT-lər yaradılıbdır. Bu QHT-lər də xarici ölkələrdən, müxtəlif fondlardan qrantlar alırlar. Aldıqları qrantlar da, təbii ki, siyasi fəaliyyətə yönəlir. Bu da Azərbaycan qanunvericiliyinə tamamilə ziddir. Yəni, siyasi partiyalar, heç bir xarici ölkə və yaxud xarici ölkələrdə yerləşən QHT-lər, fondlar tərəfindən maliyyələşdirilə bilməz. Ona görə də, düşünürəm ki, bu sahədə ciddi nəzarət olunmalıdır. O, QHT-lər ki, bu gün, doğurdan da, xaricdən aldıqları qrantları, partiyaların fəaliyyətinə yönəldirlər, həmin QHT-lər qanun qarşısında cavab verməlidirlər. Bütün bu halların qarşısını almaq üçün kifayət qədər bizim qanunvericilik bazamız var. Amma düşünürəm ki, müəyyən qədər bu qanunların təkmilləşdirilməsinə də ehtiyac var. Təbii ki, qeyri-qanuni maliyyələşmənin qarşısı alınmalıdır. Partiyalar ki, doğrudan da, yaratdıqları QHT-lər vasitəsi ilə xaricdən maliyyə yardımları alırlar. Həmin o partiyalar mütləq cəzalandırılmalıdır. Çünki həmin partiyalar maliyyə yardımı aldıqları fondların da, sifarişini yerinə yetirməli olurlar. Bu isə, Azərbaycanın milli maraqlarına tamamilə ziddir.

Digər xəbərlər