Erməni məkrinin yeni nümunəsi üzə çıxır
- Musa müəllim, Ermənistan prezidenti Serj Sarksiyan ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşündə, Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsində ABŞ-ın rolunun artırılmasının vacibliyini qeyd edir. O, bu fikri ilə nə dərəcədə səmimidir?
- Ümumiyyətlə, Serj Sarksiyan Ermənistanın təcavüzkarlığını ört-bastır etmək, bu təcavüz nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmaqla məşğuldur. Ermənistan prezidenti Serj Sarksiyanın ABŞ-ın bu münaqişə ilə bağlı, səylərini artırılmasını deməsi səmimiyyətdən tamamilə uzaqdır və erməni məkrinin bir nümunəsidir. Dağlıq Qarabağ münaqişənin həlli Ermənistanın təcavüzkar siyasətinə son qoymaqdan və işğal etdiyi Azərbaycan ərazilərini boşaltmaqdan keçir. Əgər Serj Sarksiyan, həqiqətən də, Dağlıq Qarabağ münaqişəsini həllini istəyirsə, onda Azərbaycanın işğal edilən əraziləri boşaldılmalıdır.
- Birmənalı mövqe ondan ibarətdir ki, Rusiya faktoru olmadan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq mümkün deyil. Bu halda, Azərbaycan-Ermənistanla deyil, Rusiya ilə danışıqlar apara bilərmi?
- Hesab edirəm ki, bizim işğal altında olan ərazilərimizi, Ermənistan heç vaxt təkbaşına işğal edə bilməzdi. Ermənistanla aparılan danışıqlar və görüşlər, bir daha onu göstərir ki, Ermənistan tərəfi vaxtı uzatmaq, işğalı unutdurmaq məqsədi güdür. Düşünürəm ki, Ermənistanın ağası olan Rusiya ilə əlaqələrin saxlanılmasında, məsələlərin müzakirə edilməsində heç bir ziyan yoxdur.