PDF Oxu

Müsahibə

  • 11

Göyçə-Zəngəzur Respublikası yaradılmalıdır

Göyçə-Zəngəzur Respublikası yaradılmalıdır
- Zahid müəllim, Dağlıq Qarabağda ikinci "Ermənistan dövləti" yaratmaq xülyasında olan ermənilərə cavab olaraq Ermənistanda mövcud olmuş Göyçə-Zəngəzur Respublikası yaradılması yönümündə iş aparıla bilərmi?
- Bu istiqamətdə xeyli təşkilati tədbirlər həyata keçirilibdir. Təəssüflər ki, bir sıra hallarda müəyyən qurumlar mövqe qazanmaq savaşına qatıldıqlarından məsələ beynəlxalq müstəvidə Ermənistana qarşı bir siyasət kimi özünü göstərməyib. Amma başlıca məram ondan ibarət olmalıdır ki, hər zaman tarixi torpaqlar gündəmdə olsun və bu vasitə ilə Ermənistanın harda formalaşdığını, qədim türk torpaqlarına necə sahibləndiyini beynəlxalq müstəvidə göstərə bilək. Əslində, ayrı-ayrı siyasi qüvvələrin meydanı daha genişdir. Çünki onların mövqeləri, bəyanatları sırf siyasi kontekstdə dəyərləndirilir. Amma rəsmi hakimiyyət üçün bu fəaliyyəti reallaşdırmaq o qədər də asan deyil. Çünki onların fəaliyyətlərini dərhal hüquqi prosedurlara tabe etmək istəyirlər. Müqayisə etsək, görərik ki, Azərbaycanın daxili siyasi qüvvələri, partiyaları ilə müqayisədə dövlətimiz daha çox qədim Azərbaycan torpaqları məsələsini gündəmdə saxlayır. Prezident İlham Əliyev dəfələrlə İrəvan xanlığı, Göyçə və Zəngəzurla bağlı fikirlər söyləyib. Hər zaman beynəlxalq tədbirlərdə ölkə Prezidenti İlham Əliyev açıq şəkildə qeyd edib ki, Ermənistan bir dəfə qədim Azərbaycan torpaqlarına sahiblənərək dövlət kimi mövcud olub. Amma indi növbəti ikinci ərazini ələ keçirərək, dövlət formalaşdırmaq istəklərinə qətiyyən imkan verilməyəcək. Cənab Prezidentimiz son dərəcə sərt və prinsipial bir mövqeni daimi bir xəttə çeviribdir. Ötən yüz ildə nə qədər Azərbaycan vətəndaşı Ermənistandan deportasiya olunub, işgəncələrə, əzablara, zülmlərə məruz qalıb. Bu insanların da real insani hüquqları var. Beynəlxalq konvensiyalarda ciddi təsbit olunmuş müddəalar və normalardan həmin insanlar faydalana bilərlər. Xüsusilə də, 1948 və 1950-ci illər məsələsi daim gündəmdə olmalıdır. Çünki bu dövr birbaşa SSRİ-nin mövcud olduğu zamana düşürdü. Bəs həmin dövrdə insanların mülkiyyət itkilərinin, məhrumiyyətlərinin, məruz qaldıqları faciələrin maddi konteksdə qiymətini kim verəcək? "Qolodomor" məsələsini Ukrayna beynəlxalq müstəviyə çıxarandan sonra bir çox ölkə bunu soyqırım kimi tanıyıb. Rusiya hələ də bunun bir ölkə tərəfindən reallaşdırılmadığını, yaxud da bir xalqa qarşı olmadığını dilə gətirib, özünü müdafiə edir. Burada söhbət 1930-32- ci illərdə Ukrayna xalqının məhz aclıqdan ölməsindən gedir. Əgər sovet dövrünün hadisələrini təftiş edərək tarixə obyektiv baxış çərçivəsində Ukrayna dövləti bu addımları ata bilirsə, Azərbaycanın da tamamilə haqqı var ki, 1948-53-cü illərdə mühacir etmiş və deportasiyaya məruz qalmış azərbaycanlıların hüquqlarının tanıdılması ilə bağlı beynəlxalq müstəvidə dava açılsın.
- Zahid müəllim, antiterror kaolisiyası çərçivəsində İraqda, Əfqanıstanda, Kosovada sülhyaratma missiyasında iştirak edən Azərbaycan eyni dəstəyi Dağlıq Qarabağda separatçı qüvvələrin zərərsizləşdirilməsində müəyyən ölkələrdən ala bilərmi?
- 2001-ci ildən sonra dünyada terrorizmə qarşı başladılan genişmiqyaslı müharibə fonunda Azərbaycanın da ən böyük gözləntilərindən biri də ondan ibarət idi ki, terrora üçlük, dördlük standartlarından yanaşma olmasın. İlk dövrlər Dağlıq Qarabağda müharibənin məhz antiterror əməliyyatı kimi xarakterizə edilməsi məsələləri gündəliyə gətirildi. Sözün əsil mənasında, Dağlıq Qarabağda mövcud olan məhz separatçı rejimdir. Əgər görünsəydi ki, orada demokratik qüvvələr hakimiyyətdədir və onlar mülki cəmiyyət, hüquqi dövlət quruculuğu fəaliyyətini həyata keçirirlər bu maraqlarımıza zərbə olardı və həqiqətən də, Dağlıq Qarabağın tanıdılması üçün böyük yol açardı. Amma ortada olan fakt ondan ibarətdir ki, bu separatçı rejim bütün silahlı qüvvələrini hakimiyyətə daşıyıbdır. Bu gün cocuq qatili olan səhra komandirlərindən Dağlıq Qarabağ rejimi əziyyt çəkməkdədir. Belə olan təqdirdə, tamamilə deməyə əsaslarımız var ki, Dağlıq Qarabağda mövcud olan terrorçu qruplaşmalar, şəbəkələr beynəlxalq terrorizmin bir parçasıdır. Və nə qədər ki, "Taliban", "Əl-Qaida" yaxud başqalarını əsas hədəf seçib bunları bir kənara qoyacaqsa, onda dünyanın terrorizmə qarşı mübarizə effekti olmayacaq. Məhz ona görə də, terror 21-ci əsrin fenomeni olaraq qalmaqdadır. Kim deyə bilər ki, bu gün Əfqanıstanın heç 60%-nin belə nəzarət edə bilmədiyi koalisiya qüvvələri bu vasitə ilə digər ərazilərdə terrorizmi tamamilə yox edəcəkdir və terrorçu bazaları dağıdacaqlar. Bu, qeyri-realdır. Hər il ABŞ çox haqlı olaraq, müxtəlif terror təşkilatlarının siyahısını dərc edir. Amma illərdir ki, Azərbaycan mübarizə aparır ki, ora "Daşnaksutyun", "ASALA" və digər terrorçu təşkilatların da adı daxil olunsun, lakin hələ ki, bu, baş vermir. Çünki adını sadaladığımız erməni terrorçu birləşmələri sivil metodlarla özlərinin üzərinə çətir qurur və bu vasitə ilə özünümüdafiə qazanırlar. Və nə qədər ki, kəşfiyyat vasitələri təkmilləşir paralel şəkildə terror birləşmələri də yeni dövrün tələblərini özlərinə uyğunlaşdırırlar. Onlar ya humanitar təşkilatlar kimi qeydiyyatdan keçirlər, ya da hansısa başqa adlara əl atırlar ki, özlərinin yüksək xislətlərini gizlədə bilsinlər. Kim deyə bilər ki, bu, təkcə Azərbaycan xalqına qarşı yönələcəkdir? Məgər başqa ölkələrin diplomatları erməni terrorunun hədəfindən tamamilə yayınıb və sığorta oluna biliblərmi?
- Anti-terror koalisyası münaqişənin həlli məsələsində Azərbaycana niyə dəstək vermədi?
- Təəssüflər olsun ki, ortada olan faktlar nə münaqişənin həlli istiqamətində, nə də Dağlıq Qarabağda və Ermənistanda terrora verilən dəstəyin kəsilməsi üçün yetərli beynəlxalq təzyiqlər, təsirlər olmayıb. Lakin Qərb maraqları kimi xarakterizə edilən mövqeləri təhdid edən təkcə "Əl-Qaida" üzvləridir? Dağlıq Qarabağda kök salan separatçı rejim "Əl-Qaida"dan vəhşi və qorxuludur.
- Ermənistanın BMT qətnamələrinə aqressiv mövqeyi onun dünya birliyinə və beynəlxalq qərarlara qarşı çıxdığını deməyə əsas verirmi?
- Bu gün beynəlxalq hüquq Cənubi Qafqazda işləmir. Bir hüququn iflası ortadadır. Bəlli olur ki, biz BMT-nin nizamnaməsinin 51-ci maddəsi ilə özümüzü müdafiə etməkdə yanlış mövqe tutmuşuq. Sən demə, ayrı-ayrı ikitərəfli səviyyədə müxtəlif güc mərkəzlərindən, qüdrətli dövlətlərlə münasibətlər fonunda təhlükəsizliyin təminatları, yaxud ərazi işğalları real bir məsələdir və buna qarşı beynəlxalq təsirlər olsa da, bu, son nəticəyə aparıb çıxarmayacaq. Uzun illərdir ki, ən azı Dağlıq Qarabağdan kənar əraziləri Ermənistan özü də ələ keçirdiyini AŞPA və digər beynəlxalq qurumlar səviyyəsində etiraf edilir. Nə vaxta qədər Cəbrayılın, Qubadlının, Zəngilanın Azərbaycana məxsus olduğunu inandırmağa çalışacağıq. Bir halda ki, Sarkisyan özü deyir ki, işğal olunan torpaqlar Azərbaycana məxsusdur. Rusiya-Gürcüstan müharibəsi məsələsində bütün beynəlxalq qurumlar hərəkətə gəlmişlər. Ən azı sənəd səviyyəsində Gürcüstanın bütün haqlarını tanıdıqlarını elan etdilər. Axı nə mane olur ki, eyni oxşar addımları Azərbaycan üçün atılmasın. Demək, Ermənistanı himayə etmək, qanadları altında saxlamaq, bölgədə onun destruktiv mövqeyini stimullaşdırmaq istəkləri xarici dairələrdən qaynaqlanır. Bu gün beynəlxalq münasibətlər sisteminin reallığı budur.

Digər xəbərlər