"İctimai Palata" ölü doğulmuş bir ideyadır
Müsahibimiz "Yurddaş" Partiyasının sədri
Mais Səfərlidir
- Mais müəllim, Azərbaycanda qarşıdurma yaratmağı planlaşdırmış "İslam" partiyasının Müsavatla da əlaqələri üzə çıxır. Bu fakt "Siyası partiyalar haqqın-da" Qanunun tələblərinin pozulması demək deyilmi?
- Hazırda bu məsələ ətrafında istintaq getdiyi üçün, bunu geniş şəkildə şərh etməyə ehtiyac yoxdur. Azərbaycan hüquqi və demokratik bir dövlətdir. Burada hər şey qanunlara söykənir. Bizim hüquq-mühafizə orqanlarımız, bu məsələ ilə bağlı ciddi şəkildə istintaq aparacaqlar. Elə hesab edirəm ki, belə faktlar varsa, çox ciddi şəkildə üzə çıxacaqdır. Azərbaycanın Konstitusiyasına, dövlət quruluşuna və qanunlarına qarşı hər hansı bir hərəkətə yol veribsə, o şərtlər və yaxud da o təşkilatları idarə edənlər ciddi şəkildə qanun qarşısında cavab verməlidilər.
- Sizcə, nəyə görə radikallar sivil mübarizə metodlarından deyil, terror, iğtişaş vasitələrindən istifadə etməklə gündəmə gəlmək istəyirlər?
- Ona görə ki, onların arxasında insanlar yoxdur. Ona görə də, radikallar xalqın dəstəyini qazana bilmirlər. Xalqın dəstəyini qazana bilməyənlər həmişə radikal metodlara əl atırlar. Bunun bir səbəbi var. Yəni, dediyim kimi, Azərbaycan demokratik bir dövlətdir və burada siyasi partiyalar normal şəkildə fəaliyyət göstərirlər. O siyasi partiyalar ki, xalqa söykənirlər, məsələn, Yeni Azərbaycan Partiyası kimi, böyük bir partiya xalqa söykənən bir partiyadır. Arxasında da böyük bir Azərbaycan xalqı dayanır. Ona görə də, bu partiya və onun sükanı arxasında dayanan Sədri, bütün seçkilərdə, gördüyünüz kimi, uğur qazanır və xalqın dəstəyini alır. Amma o siyası təşkilatlar ki, xalqın dəstəyini qazana bilmirlər, arxalarında xalqın dəstəyi və qüvvəsi yoxdur, görürsən ki, onlar əsasən, radikal addımlara əl atırlar.
- "İctimai Palata" adlı qondarma qurumun yaradılması ilə radikallar ictimai narazılıq yaratmağa niyyət güdmürlər ki?
- Hesab edirəm ki, "İctimai Palata" elə ölü doğulmuş bir ideyadır. Bir sözlə, "İctiami Palata" Azərbaycanın ictimai fikrinə heç nə verməyəcək.