PDF Oxu

Müsahibə

  • 21

“Kino yaradıcılıq klinikası”

“Kino yaradıcılıq klinikası”
"CİNEMA" Gənc Kinematoqrafçılar Mərkəzinin nəzdində fəaliyyətə başlayan "Kino Yaradıcılıq klinikası" rejissorluq, dublyaj aktyoru və ssenari yaradıcılığı kurslarına tələbə qəbuluna başlayır. Kurslar "Kino yaradıcılıq klinikası"nın tərkibində yaradıcılıq emalatxanaları şəklində fəaliyyət göstərəcək. Kursun müddəti 6 aydır. Qurumda rejissorluq - müasir dünya kinosu özəlliklərinin tədrisi, kadrarxası iş, yaradıcı heyətlə (aktyor, rəssam, operator və s.) iş prinsipləri, yerli və beynəlxalq kinomarketinq, qısametrajlı filmlərin çəkilişi, dublyaj aktyoru kursu - praktik film səsləndirilməsi vərdişləri, film dublyajında iştirak imkanları, çoxsəsli, ikisəsli bədii, təkoxunuşlu sənədli və cizgi filmlərinin fərqli tədrisi, ssenari yaradıcılığı kursu - dünyanın aparıcı kino akademiyaları müəllimlərinin ustad-dərsləri, Azərbaycanın tanınmış kino və sənət adamlarının mühazirələri, müasir Hollivud kinossenari sisteminin tədrisi, qrup halında serial ssenarilərinin hazırlanması vərdişlərinin tədrisi yer alacaq.

Digər xəbərlər