İnanıram ki, parlament seçkilərində seçicilər Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
ÖDƏNİŞLİ TƏŞVİQAT
- Əsabil müəllim, ölkəmiz parlament seçkiləri ərəfəsindədir, ötən 5 il ərzində Azərbaycanda mühüm, uğurlu siyasət həyata keçirilib. Xüsusilə də, iqtisadi sahədə əhəmiyyətli dərəcədə dəyişikliklərə səbəb olan addımlar atılıb. İqtisadi inkişaf barədə sizin fikrinizi bilmək maraqlı olardı...
- Ötən beş il respublikamızın iqtisadi, siyasi, sosial, elmi, humanitar həyatında mühüm tarixi hadisələrlə zəngin olub. Ölkə həyatının bütün sahələrində, eyni zamanda daxili və xarici siyasətdə, ictimai bölmədə böyük nailiyyətlər əldə olunub. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən kompleks və sistemli islahatlar həyata keçirilib. Dövlətimizin başçısının mahir və çevik idarəetmə qabiliyyəti, Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edən strateji qərarları, eyni zamanda, mükəmməl iqtisadi strategiyası nəticəsində ölkəmizdə yüksək inkişaf dinamikası qeydə alınmaqdadır. Son 5 ildə beynəlxalq aləmdə Azərbaycanın nüfuzu daha da artıb, ölkəmiz regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqeyini ardıcıllıqla nümayiş etdirməkdədir. Respublikamız dünyanın aparıcı dövlətlərinin enerji təhlükəsizliyində strateji mövqeyə malikdir. 2004-2009-ci illər ərzində ölkəmizin inkişaf baxımından yeni mərhələyə qədəm qoyması və iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinin baş verməsi Azərbaycanın ümumi inkişafını daha da sürətləndirib. Qeyd olunan illər ərzində ümumi daxili məhsulun həcmi 2,8 dəfə artıb.
Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Azərbaycanın iqtisadi inkişaf strategiyasını daha da möhkəmləndirmək üçün dinamik iqtisadi artıma, dünya iqtisadiyyatına inteqrasiyanın dərinləşməsinə və maliyyə sabitliyinin qorunmasına dərin təməllər yaradan proqramların gerçəkləşməsinə istiqamətlənən strateji xətti yürütməklə diqqəti cəlb etməkdədir. 2003-cü ilin sonlarından başlayaraq iqtisadiyyatda müşahidə olunan dinamizm yeni keyfiyyət dəyişiklikləri ilə digər mərhələyə keçid alıb ki, bu da qarşıdakı illər üçün iqtisadi islahatların bütün komponentləri ilə məzmun baxımından fərqli xarakter almasına baza yaratmaqdadır. Miqyas baxımından bütün ölkə ərazisini əhatə edən yeni inkişaf konsepsiyası sosial proqramların genişlənməsi və əhalinin yaşayış imkanlarının hədsiz dərəcədə yaxşılaşmasına görə, əhəmiyyət daşıyır. Bütün bu nailiyyətlər sözsüz ki, iqtidarın uğurlarını möhkəmləndirir, xalqın hakimiyyətə olan sonsuz inamını gücləndirir.
- Qeyd etdiyiniz kimi respublikamızın dinamik inkişafı ölkə vətəndaşlarının həyatında əsaslı dəyişikliklərə səbəb olub. Necə hesab edirsiniz, iqtidarın əldə etdiyi bu uğurlar qarşıdan gələn parlament seçkilərində özünü necə ifadə edəcək?
- Son illərdə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələrini əhatə edən çoxsaylı dövlət proqramları və konsepsiyalarının uğurla həyata keçirilməsi xalqın iqtidara olan inamını daha da möhkəmləndirib. Xalqımızın istək və arzularına söykənən siyasətin davam etdirilməsi ölkəmizin tərəqqisi yolunda geniş üfüqlər açıb. Bütün qazanılan bu nailiyyətlər Azərbaycan Prezidentinə və Onun apardığı siyasətə xalqın inamı və dəstəyi sayəsində mümkün olub. Ölkəmizdə xalqın sosial vəziyyətinin yaxşılaşması və rifah halının yüksəlməsi üçün mühüm sosial tədbirlər gücləndirilməkdədir. Dövlətin gəlirləri ilk növbədə, sosial kateqoriyaların maddi rifahının yüksəlməsinə və sosial infrastrukturların yaxşılaşdırılmasına yönəlib. Göründüyü kimi, ölkəmizdə insanların hazırki iqtidara olan dərin inamını və rəğbətini şərtləndirən kifayət qədər mühüm əsaslar var. Buna görə də, vətəndaşlar bu iqtidara, hakim partiya olan Yeni Azərbaycan Partiyasına böyük etimad göstərməkdədir. Azərbaycan seçicisi YAP hakimiyyətdə olan dövrdən indiyədək keçirilən bütün seçkilərdə partiyanın namizədlərini dəstəkləyib, ona etimad göstərib.
İndiki parlament seçkilərində də xalqın YAP-a dəstəyinə əminik. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, insanların rifahının, yaşayış səviyyəsinin yüksəlməsi, onların məşğulluq problemlərinin həlli, iş yerləri ilə təmin olunmaları, firavan həyat şəraitinin təmin edilməsi, digər çoxsaylı faktorlar YAP-a olan inamı gücləndirir. Hesab edirəm ki, partiyamızın namizədləri də məhz bu amilləri seçki resursunun əsas bazası olduğunu yaxşı anlayırlar. Qeyd etdiyim kimi Prezident İlham Əliyevin apardığı siyasətin uğurlarının xalq tərəfindən dəstəklənməsi YAP-ın parlament seçkilərində qələbəsi üçün başlıca təminatdır. Partiyamızın parlament seçkiləri ilə bağlı əsas şüarı olan "güclü dövlət, yüksək rifah" tezisi də xatırlatdığım başlıca prinsiplərə söykənir.
- Siz YAP-ın deputatlığa irəli sürdüyü namizədlərdən birisiniz. Hazırda seçkilərin ən mühüm mərhələsi başlayıb, təbliğat-təşviqat kampaniyasına start verilib. Bu dövrdə seçicilər qarşısında əsas hansı məsələləri diqqətdə saxlamaq niyyətindəsiniz?
- Deputat olmaq üçün əsas resurs xalqın səsidir, vətəndaşların namizədə olan inamının təmin olunmasıdır. Yəni, seçici yaşadığı ərazidən namizədə inanmırsa, etibar etmirsə, həmin şəxsin deputat olması absurddur. Buna görə də, seçkilərdə vətəndaşlarla sıx ünsiyyət, onları düşündürən, narahat edən əsas məsələləri diqqət mərkəzində saxlamağa çalışacağam. Bu gün ölkəmizin bütün bölgələrində davamlı inkişaf layihələri həyata keçirilir. Rayon mərkəzləri, qəsəbə və kəndlərin sosial infrastrukturu, kommunal xidmət sektoru yenidən qurulur. Hər bir bölgədə yeni istehsal və emal müəssisələri, xidmət və digər infrastruktur, turizm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələr üzrə obyektləri yaradılır, infrastrukturun, o cümlədən, elektrik enerjisi, qaz və su təchizatı, nəqliyyat və rabitə infrastrukturunun, sosial infrastrukturun inkişafı istiqamətində uğurlu addımlar atılır. Eyni zamanda, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, onların güzəranının xeyli yaxşılaşdırılması üçün işlər görülür. Regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi son nəticədə bütün rayonların simasının dəyişməsinə səbəb olmaqdadır.
Amma bununla yanaşı, bəzi yaşayış məntəqələrinin kommunal və sosial infrastruktur təminatı ilə bağlı müəyyən çətinlikləri var. Bir sıra kəndlərin qaz, istilik, su-kanalizasiya, yol və sairə sahələr üzrə məsələlər qalmaqdadır. Həmin məsələlərin həlli dövlətmizin həyata keçirdiyi regional inkişaf proqramları çərçivəsində yaxın 4-5 il ərzində öz həllini tapacaq. Deputat seçiləcəyim təqdirdə seçicilərimin qaldırdığı məsələləri parlamentin tribunasından səsləndirəcəyəm. Əsas məsələ isə ölkəmizin ümumi inkişafına öz töhfəsini verən bölgələrdə iqtisadi fəallığın artması, sahibkarlığın inkişaf etdirilməsi, onların maliyyə təminatının gücləndirilməsi, investisiyaların cəlb olunmasının genişlənməsi, rayonların mövcud iqtisadi potensialından geniş şəkildə istifadə olunması, rəqabət mühitinin daha da yaxşılaşdırılması və digər iqtisadi bölmələrlə bağlı qanuvericilik təşəbbüsündən ibarətdir. Yəni, seçicilər mənə etimad göstərəcəyi halda qeyd etdiyim məsələlərlə bağlı qanunların qəbul olunmasında təşəbbüslər irəli sürmək niyyətindəyəm.
- Deputat olacağınız təqdirdə parlamentdə hansı mühüm məsələlərin həlli üçün təşəbbüslər irəli sürmək fikrindəsiniz? Ümumiyyətlə, seçki platformanızın başlıca istiqamətləri nədən ibarətdir?
- Mənim partiyamız tərəfindən namizədliyim irəli sürüldüyü 79 saylı İmişli seçki dairəsinin seçiciləri əsasən aqrar bölməyə bağlı olan insanlardır. Yəni İmişli rayonunda daha çox kənd təsərrüfatı, yeyinti, emal sahələri inkişaf edib. Bu rayonun kifayət qədər iqtisadi imkanları var, aqrar sahədə çalışan insanların istehsal qabiliyyətləri genişdir. Ona görə də, bu rayonda həm daxili, həm də xarici investisiyaların cəlbini artırmaqla qeyri-neft sektorunun inkişafını gücləndirmək mümkündür. Ümumiyyətlə, investisiya axınının daha çox regionlara yönləndirilməsi ilə rayonların yüksək inkişafına nail olmaq hökumətin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biridir. Amma rayonlardakı inkişaf layihələrinin maliyyələşdirilməsi, müxtəlif proqramların həyata keçirilməsi, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, sərmayə qoyuluşlarının artırılması, yeni müəssisələrin yaradılması və digər məsələləri dövlətin üzərinə qoymaq da düzgün olmazdı. Yəni, bütün iqtisadi tədbirlərin hamısını hökumətin imkanları hesabına reallaşdırmaq olmaz.
Bazar iqtisadiyyatının başlıca tələblərindən biri azad sahibkarlığın inkişaf etdirilməsi və iş adamlarının öz imkanları hesabına iri layihələr həyata keçirməsindən ibarətdir. Biznes strukturları daha fəal olaraq ölkənin istehsal gücünün artması, iqtisadi inkişafın sürətlənməsi üçün ardıcıl addımlar atmalıdırlar. Onlar böyük maliyyə resursları hesabına yeni müəssisələrin istifadəyə verilməsi üçün daha fəal işləməlidirlər. Ona görə də, hesab edirəm ki, bununla bağlı sahibkarların təşviq edilməsi işi sürətləndirilməlidir. Parlamentdə bu kimi məsələlərə dair təkliflərim var.