PDF Oxu

Müsahibə

  • 7

Əli Kərimovun keçdiyi yol, tutduğu mövqe və tərcümeyi-halından bəzi şeyləri danışmışam...

Əli Kərimovun keçdiyi yol, tutduğu mövqe və tərcümeyi-halından bəzi şeyləri danışmışam...
Müxalifət düşərgəsində, demək olar ki, son günlər vəziyyət ağırlaşıb. Düşərgədə kimin-kim olduğunu və kimin başının kimin ayağının altında qaldığını, kimin əlinin, kimin harasında ilişdiyini söyləməkdə insan övladı çətinlik çəkir. Bu baxımdan da, bu gün radikal düşərgədə olan funksionerlərin şəxsiyyətini dəqiqləşdirmək problemə çevrilib. "Klassik Xalq Cəbhəsi Partiyası"nın sədri Mirmahmud Fəttayevlə söhbətimiz də bu məsələlər ətrafında oldu.
- Mirmahmud bəy, "DUİ"-Müsavat əməkdaşlığından söhbət açılsa da, sonradan bunun AXCP (i)-nin bu birliyə qoşulmaq istəyi səbəbindən iflasa uğradığı qeyd olunur. Bu, məlumat nə dərəcədə əsaslıdır?
- AXCP (i) Müsavat arasında hansı birləşmədən, müzakirələrdən danışdıqları barəsində nəsə deyə bilmərəm. Bu onların öz şəxsi işləridir. Amma deyəcəyim ondan ibarət ola bilər ki, hazırda "DUİ" ilə Müsavat partiyası arasında parlament seçkiləri ilə bağlı növbəti məsləhətləşmələr aparılıb. Bu məsləhətləşmələrdə vahid seçki siyahısının müəyyənləşdirilməsi, seçkilərdə iştirak taktikası və Əbülfəz Elçibəyin doğum günü ilə əlaqədar olaraq tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
- Müsavat AXCP (i) birliyini necə dəyərləndirirsiniz?
- Biz Müsavatla AXCP (i)-nin birləşməsini arzu olunan səviyyə hesab edirik. Amma inandırıcı deyil ki, bu birlik baş tuta bilsin. Biz istərdik ki, Müsavat AXCP (i) bir arada olsun. Amma çox təəssüflər olsun ki, bu, alınmır.
- Bu məsələdə kimi günahkar hesab edirsiniz?
- Hər halda günah kimdədirsə onu zaman göstərəcək. Amma bütövlükdə bu məsələnin nəticəsi ilə bağlı mistik mülahizə yürütmək fikrində deyilik. Eyni zamanda, bütün işlərimizi də, buna bağlamaq niyyətimiz yoxdur. Əgər Müsavatla AXCP (i)-nin hər hansı bir şəkildə anlaşması olacaqsa, ona bizim etirazımız yoxdur.
- Əli Kərimova qarşı sərt mövqe sərgiləmisiniz bəs bundan sonra üç partiyanın bir yerdə olması nə dərəcədə real görünür?
- Bir Allah şahiddir və Azərbaycan mətbuatının bütün numayəndələri də bilir ki, mən Ə.Kərimov haqqında heç də kəskin ifadə işlətməmişəm. Onun keçdiyi yol, tutduğu mövqe və tərcümeyi- halından bəzi şeyləri danışmışam. Amma hesab etmirəm ki, bunun bu məsələyə aidiyyətı var.
- Amma AXCP (i) funksionerlərinin iddiasına görə, siz hakimiyyətin sifarişi əsasında belə tənqidlər və iradlar səsləndirmisiniz...
- And olsun ki, hakimiyyətdən sifariş gələndə də, onlar bilirlər ki, kimlər sifariş alır. Eyni zamanda, özləri hakimiyyətin kimə sifariş verdiyini də, çox gözəl bilirlər. Mən nə hakimiyyətdən sifariş verəni, nə də ki, alanı tanıyıram.

Digər xəbərlər