PDF Oxu

Müsahibə

  • 11

Azərbaycanın ədalətli mövqeyi əvvəl-axır qələbə çalacaq

Azərbaycanın ədalətli mövqeyi əvvəl-axır qələbə çalacaq

NATO çərçivəsində- Kosovo, İraq və Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal iştirak edən Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaranacaq hər hansı bir situasiyada sülhyaratma əməliyyatlarında iştirakını dayandıra bilərmi?

-Ümumiyyətlə, Azərbaycan dünyada etibarlı tərəfdaş dövlət kimi qarşısına qoyduğu məqsədlərə ötəri yanaşmır. Azərbaycan öz xarici siyasətini gələcək üçün planlaşdırıb. Biz hər hansı bir addım atanda da gələcəyi düşünürük. Konkret olaraq, Azərbaycanla bağlı addımlar atılmış olarsa, biz də öz mövqeyimizi bildirəcəyik. Azərbaycan müstəqil dövlət kimi milli maraqlarını müdafiə edir və qoruyur.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atılan addımlar və böhran başlayandan sonra işğalçı dövlət Ermənistanı bu çətin vəziyyətdən çıxarmaq istəyində olan ölkələr məsələnin sülh yolu ilə həllinə tərəfdar ola bilərmi?
- Cənab Prezident dəfələrlə qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ən ağrılı problemidir. Bu günə qədər Azərbaycan dövlətinin qarşısında duran bütün məsələləri Prezident İlham Əliyev çox böyük uğurla həyata keçirir. Lakin bu məsələdə bizə beynəlxalq birliyin, ictimaiyyətin, dünyanın aparıcı dövlətlərinin köməyi olmalıdır və bu köməyi də gözləyirik.
Azərbaycan Prezidenti Dağlıq Qarabağla bağlı gedən proseslər barədə açıq-aydın, konkret, elmi və hüquqi, diplomatik və siyasi cəhətdən əsaslandırılmış formada mütəmadi olaraq Azərbaycan xalqına məlumat verir. Cənab Prezident həmişə qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və münaqişənin başqa formada həllinin yolu yoxdur. Çünki Azərbaycanın ərazi bütövlüyü aparılan danışıqlarda müzakirə predmetinə çevrilmir. Bunun başqa, bir yolu olmadığına görə ATƏT-in Minsk qrupuna daxil olan həmsədər ölkələr də münaqişənin həllini məhz bu istiqamətdə aparırlar. Belə olan halda isə, bütün işğalçı erməni qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalı, bütün məcburi qaçqın və köçkünlər öz yurd-yuvalarına qayıtmalıdır.

Azərbaycan tərəfinin mövqeyi birmənalı və dəyişilməzdir. Ölkə başçısı dəfələrlə vurğulayıb ki, Dağlıq Qarabağın statusu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşməlidir. Bu, həmsədrlər arasında danışıqların əsas müzakirə mövzusudur. Ermənistan tərəfindən isə ya Ermənistan prezidenti, yaxud da xarici işlər naziri müxtəlif cəfəng bəyanatlar söyləyirlər. Ermənistanda siyasi hakimiyyətdə olan şəxslər bu yolla özlərini müvəqqəti də olsa rejimlərini möhkəmləndirməyə çalışırlar.
Azərbaycan Prezidentinin "Praqa prosesi" adlanan formatda danışıqlara başlamasından bu günə qədər "Madrid prinsipləri" əsasında gedən proseslərin indiki mərhələsinə qədər Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində danışıqlarda mövqeyi həddindən artıq güclənibdir.
Bu yaxınlarda separatçı rejim qurulan Dağlıq Qarabağda seçkilər keçirilirdi. ABŞ, Rusiya, Fransa, eləcə də, bütün dünya dövlətlərinin hamısı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Bu, Ermənistana güclü bir siyasi-diplomatik zərbədir. Ermənistan rəhbərliyi bilir ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Lakin buna baxmayaraq, Ermənistan tərəfi Dağlıq Qarabağa müstəqillik verilməyəcəyini bilə-bilə Dağlıq Qarabağ münaqişəsindən siyasi vasitə kimi istifadə edir, hakimiyyəti özlərində saxlamaq istəyirlər.
Bu yaxınlarda ABŞ-ın Milli Təhlükəsizlik Strategiyası adlı sənədi qəbul olundu. Sənəddə münaqişənin həlli ilə bağlı məqamlar qeyd olunub və bundan əlavə, ABŞ prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevə yazdığı məktubda göstərilir ki, Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və münaqişənin həlli ABŞ-ın xarici siyasətində prioritet olmuşdur. ABŞ-ın dövlət katibi Hillari Klinton bu məsələyə yanaşarkən, bir neçə dəfə qeyd etdi ki, münaqişə Helsinki prinsipləri çərçivəsində həll edilməlidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ərazi bütövlüyü ilə müqəddəratın həll olunması bir-birini tamamlayır.
Cənab Prezident qeyd edir ki, əgər hər hansı bir ölkədə azlıq varsa, o dövləti ayrı bir dövlətə çevirmək olmaz. Helsinki prinsiplərində qeyd olunur ki, hər bir xalq öz müqəddaratını müəyyənləşdirməlidir.
Biz Avropanı, Amerikanı bir model kimi götürürüksə, bu ölkələrdə müxtəlif azlıqlar bir-biri ilə yaşayır və öz müqəddəratlarını da həll edibdir. Cənab Prezident qeyd edir ki, biz istəyirik ki, bütün bu danışıqlar sivil yolla həll edilsin. Son proseslərdə Azərbaycanın mövqeyi həddindən artıq güclüdür və bunun güclü olmasının bir səbəbi də odur ki, dünya ölkələri Azərbaycanın ədalətli, düzgün mövqeyini dəstəkləyirlər.

- ABŞ Konqresinin "ən ədalətsiz qərar qəbul etsə belə, onu sonradan dəyişmir" iş prinsipi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə vəziyyəti dəyişə bilərmi?
-Bəzən ədalətsiz qərarlar qəbul edilsə də, uzun illər qalır və onu da müxtəlif səbəblərlə əsaslandırırlar. Bu gün "907-ci düzəliş"lə bağlı heç bir problemimiz yoxdur. Bütün dünya Azərbaycanın haqlı olduğunu və bu maddə ilə haqsız olaraq cəzalandırıldığını bilir. Öz maraqlarımızın tam təmin olunması istiqamətində var gücümüzlə çalışırıq. Münaqişə həll olunandan sonra da biz haqlı olduğumuzu nümayiş etdirə biləcəyik. Çünki Azərbaycanın Ermənistan torpaqlarında gözü yoxdur. Əksinə, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunubdur. ABŞ-ın hökumət yardımları olmadan belə, biz öndəyik. Azərbaycanda iqtisadi inkişaf iqtisadiyyatın bütün sahələrini əhatə edir və bu, göz önündədir. Bu inkişafı bir müddətdən sonra "Azərbaycan möcüzəsi" adlandıracaqlar.

- İndiyədək ABŞ Ermənistana 2 milyard dollara qədər hökumət yardımı edib. ABŞ-ın enerji təhlükəsizliyi sahəsində, terrorizmə, narkotiklərə qarşı mübarizədə, eləcə də, digər bir çox məsələdə Azərbaycanla faydalı əməkdaşlıq edə-edə, işğalçı dövləti dəstəkləməsi nə deməkdir?
- Çox təssüflər olsun ki, dünyada belə hallar var. Dünyanın bir çox ölkələrində haqq-ədalətin qorunması, müdafiə edilməsi kimi məsələlər hər kəsi narahat edir. Hər bir dövlətin öz maraqları olur və bəzən də, təəssüflər olsun ki, bu maraqlar haqq-ədalət prinsipləri ilə üst-üstə düşmür. Bu müddət ərzində 2 milyard yarımdan artıq ABŞ tərəfindən Ermənistana kömək edilibdir, hətta separatçı qurumun da müəyyən nümayəndələrinə müxtəlif vasitələrlə yardımlar edilir. Bütün bunlara baxmayaraq, biz bunu düzgün hesab etmirik. Bizim regionla bağlı ədalətli mövqeyimiz ABŞ tərəfindən artıq dərk edilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycanın maraqlarını çox yüksək formada müdafiə edir. Düşünürəm ki, bizim ədalətli mövqeyimiz əvvəl-axır qələbə çalacaqdır.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda yenilənmiş Madrid təkliflərinin- nizamlanmanın baza prinsipləri hazırlanıb. Madrid təkliflərini həmsədr ölkələr özləri ortaya qoyub, onlar Ermənistandan öz təkliflərini qəbul etməyi tələb etməməlidir?
- Azərbaycanın mövqeyi ilk gündən ədalətli mövqe olubdur. Ermənilər Azərbaycanda illərlə yaşayıblar. Sadəcə olaraq, separatçı ermənilər müəyyən dəstəklə Azərbaycan ərazilərini işğal etdilər və indiyə qədər də işğal altında saxlayırlar. Həmsədrlər bu münaqişə ilə bağlı öz mövqelərini hazırlayıb ortaya qoyublar. Həmsədr ölkələri təmsil edən ABŞ, Rusiya, Fransa, eyni zamanda, beynəlxalq təşkilatlar Ermənistana qarşı təzyiqlərini artırmalıdırlar. Hazırladıqları beynəlxalq hüququn tətbiq olunması məsələsini ortaya qoymalı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara öz töhfələrini verməlidirlər. Çox ölkələrdə danışılır ki, beynəlxalq hüquq işləmir, ona riayət olunmur. ABŞ-ın, Rusiyanın, Avropa Birliyinin əsas vəzifələrindən biri beynəlxalq hüququn işlək mexanizm olunmasını sübut etməkdir və bu səbəbdən sözügedən ölkələr Ermənistana Azərbaycanın haqlı olduğunu sübut etdirməlidirlər.

- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda keçiriləcək növbəti görüşlərindən gözləntiləriniz nədir?
- Almatı və digər beynəlxalq forumlarda, situasiyalarda, görüşlərdə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri -ABŞ, Rusiya Fransa və beynəlxalq hüququn təmin olunması istiqamətində öz səylərini ortaya qoyaraq, Ermənistanı inandırmalıdırlar ki, Ermənistan dövlətinin tutduğu qeyri-konstrukiv mövqe regionda sülhə əngəl törədir. Erməni rəhbərliyi anlamalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin başqa həlli yolu yoxdur. Azərbaycan öz tarixi torpaqları olan Dağlıq Qarabağı güzəştə getməyəcək, torpaqları tərəflər arasında müzakirə predmetinə çevirməyəcək.

Digər xəbərlər