PDF Oxu

Müsahibə

  • 10

Bu seçkilərin də qalibi Yeni Azərbaycan Partiyası olacaq

Bu seçkilərin də qalibi Yeni Azərbaycan Partiyası olacaq
- Jalə xanım, Seçki Məcəlləsinə edilən dəyişikliyi seçkilərin daha azad və demokratik keçirilməsinə yaradılan şərait kimi dəyərləndirmək olarmı?
- Azərbaycan dövləti dövrün tələbinə cavab verən məqamlara, ən demokratik prinsiplərə əsaslanaraq, dəyişikliklər edir, islahatlar aparır. Azərbaycan dövləti dünyada hansı uğurlu variant varsa, o variantlardan bəhrlənmək imkanında olan dövlətdir. Azərbaycanda son dövrlərdə keçirilən bütün seçki prosesləri hər zaman çox azad və demokratik şəkildə keçirilib. Seçki müddətinin zamanın azaldılması çox önəmlidir və vaxtın azlığını da normal qəbul etmək lazımdır. Seçici ilə seçilən arasında həmişə bir münasibət var. Seçim bir gün ərzində baş vermir. Çünki seçici seçdiyi insanın fəaliyyətinə nəzarət edir. Cəmiyyət tərəfindən qəbul edilməyən insanın seçilmək imkanı olduqca məhduddur. Hər kəs inandığı insana səs verməlidir.
- Seçki Məcəlləsində edilən yeni dəyişikliyə görə, namizədlərin seçki kampaniyalarını 23 gün ərzində aparmaları kampaniyanın daha maraqlı və gərgin keçməsinə şərait yaratmayacaq ki?
- Seçki Məcəlləsinə edilən dəyişikliklərdən biri də ictimaiyyətin marağına səbəb olan seçki müddətinin azaldılması oldu. Hansısa namizədin seçki kampaniyasına ayrılan 23 gün ərzində özünü millət vəkili kimi tanıtmasında heç bir problem olmayacaqdır və seçki prosesi bir ajiotaj xarakterli proses olmamalıdır. Seçkilərə start verildikdən sonra hər şey problemsiz gedəcəkdir.
Bu gün Azərbaycandakı ictimai-siyasi durum yüksək səviyyədədir. Çünki ilk növbədə, Azərbaycan müstəqil demokratik ölkədir və Azərbaycan seçicisi yaxşını və pisi ayırmağı bacarır. Azərbaycan xalqı neçə il əvvəl öz seçimini edib və müstəqillik yoluna qədəm qoyub. Azərbaycanda insan hüquqlarının tam təmin olunması bugünkü ictimai durumun əsas göstəriciləridir. Azərbaycanda insanların seçkiyə getməsi, seçim etməsi üçün yüksək şərait mövcuddur. Ona görə də, cəmiyyətdə lazımsız xaoslar, gərgin durumlar yaratmağın heç bir mənası yoxdur. İnsanlar hansısa qüvvələrin ortalığı qarışdırmasına qətiyyətlə narazılıqlarını bildirirlər və bu tip təxribata uymurlar. Azərbaycanda bugünkü inkişafın təməlini qoyan ulu öndər Heydər Əliyev yolu var və təbii ki, ulu öndərin qoyduğu yol hər bir azərbaycanlı üçün müqəddəs yoldur. Hər bir Azərbaycan vətəndaşı qürur hissi yaşayaraq seçkilərə gedəcək və ən layiqli namizədinə səs verəcəkdir.
- Bu seçkilərin favoriti hansı partiya ola bilər?
- Əlbəttə ki, Yeni Azərbaycan Partiyası demokratik şəkildə qələbə qazanacaq. Bu gün Azərbaycanda söz, nüfuz sahibi olan partiya iqtidar partiyasıdır. İqtidar partiyasına üzv olan gənclərin sayı həddən artıq çoxdur. Yeni Azərbaycan Partiyasının bugünkü durumu gördüyünüz kimi, ölkənin ən aparıcı partiyasıdır. Azərbaycan xalqının dəstəklədiyi, güvəndiyi bir partiya var, o da təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasıdır. Birmənalı şəkildə demək olar ki, bu seçkilərin də qalibi Yeni Azərbaycan Partiyası olacaq.

Digər xəbərlər